--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

ABŞ və İran arasında İsveçrə danışıqları başladı

Aysel Əlibəyli 21 İyun 2026 · 19:47 113 baxış

Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında İsveçrədə danışıqlar keçirilib.

Elpress.az-ın məlumatına əsasən, İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb.Görüşlərdə tərəflər arasında müzakirələr aparılıb, daha sonra nümayəndə heyətlərinin daxili məsləhətləşmələr keçirməsi üçün fasilə verilib. Bildirilib ki, bu müddətdə nümayəndələr öz paytaxtları ilə əlaqə saxlayaraq son vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai danışıqların fasilədən sonra davam etdiriləcəyini açıqlayıb.Qeyd olunub ki, görüşlərdə ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey Di Vens, İran nümayəndə heyətinə isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf rəhbərlik edir. Danışıqların əsas məqsədi tərəflər arasında razılaşmaların müzakirəsi və qarşılıqlı anlaşmanın gücləndirilməsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Goal” dünya çempionatlarının ən yaxşı 10 futbolçusunu açıqladı

Next Article

Tanınmış vəkil Rəfail Mənsimzadə vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kir Starmer parlamentdə alqışlarla yola salınıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:06 20 baxış Kir Starmer Böyük Britaniya parlamentində Baş nazirə suallar sessiyasında sonuncu dəfə iştirak edib və deputatlar tərəfindən alqışlarla yola salınıb. Elpress.az xəbər verir ki, çıxışı zamanı siyasi […]

Atəşkəs rəsmiləşdi: “Hizbullah”dan açıqlama

Aysel Əlibəyli 02 İyun 2026 · 00:25 88 baxış Livanın “Hizbullah” hərəkatı ABŞ-nin təşəbbüsü ilə irəli sürülən və İsraillə qarşılıqlı atəşkəsi nəzərdə tutan təklifə razılıq verdiyini açıqlayıb. Elpress.az Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bunu hərəkatın […]