--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakı–Tbilisi–Bakı qatarında yenilik: Əlavə vaqonlar və ucuz biletlər

Aysel Əlibəyli 07 İyul 2026 · 13:10 1042 baxış

Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə sərnişinlər üçün yeni imkan yaradılır.

İyulun 10-dan etibarən qatarların tərkibinə əlavə üç yataq tipli vaqon qoşulacaq.

Elpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) məlumat yayıb.Bildirilib ki, əlavə vaqonların istifadəyə verilməsi ilə hər reys üzrə 104 yeni sərnişin yeri açılacaq və ümumi tutum 178 nəfərdən 282 nəfərə yüksələcək. Yeni vaqonlara biletlər artıq satışdadır və onların qiyməti hazırda istifadə olunan “Stadler” vaqonlarındakı biletlərlə müqayisədə daha münasib olacaq.

Məlumata əsasən, standart+ sinif üzrə Bakı–Tbilisi marşrutunda biletlərin qiyməti 65,20 manatdan, Gəncədən 49,30 manatdan, Yevlaxdan 53,30 manatdan, Ağstafadan isə 45,30 manatdan başlayır.

Qeyd olunub ki, yeni vaqonlarda sərnişinlər üçün 36 kiloqram ödənişsiz baqaj limiti müəyyən edilib. Bundan başqa, səfər zamanı rahatlığın artırılması məqsədilə mobil keytrinq xidməti də təşkil olunacaq.ADY-nin məlumatına görə, mayın 25-dən iyulun 6-dək Bakı–Tbilisi–Bakı marşrutu üzrə 25 minə yaxın bilet satılıb, 14 minə yaxın sərnişin daşınıb. Bu da marşruta marağın artdığını göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev ABŞ senatoru ilə strateji tərəfdaşlığı müzakirə etdi

Next Article

Müğənni İradə İbrahimovadan kədərli xəbər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakı metrosunda havalandırma sistemi yenilənir

Aysel Əlibəyli 19 İyul 2026 · 15:57 1024 baxış Bakı metrosunda sərnişinlərin rahatlığı və təhlükəsizliyinin artırılması istiqamətində mühüm yenilənmə işləri davam etdirilir. Elpress.az xəbər verir ki, metropolitenin stansiya və tunellərində daha 6 müasir tipli havalandırma […]

Uşaq bağçalarına elektron qəbul üçün qeydiyyat start götürür

Aysel Əlibəyli 02 İyul 2026 · 16:23 1076 baxış Elpress.az xəbər verir ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qəbulu üzrə 2026–2027-ci tədris ili üçün qeydiyyat prosesinə start verilir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin […]

64 ildən sonra evləndilər

Aysel Əlibəyli 26 İyul 2026 · 21:23 1020 baxış 90 yaşlı qadın 64 illik münasibətdən sonra sevgilisi ilə nikaha daxil olub Elpress.az xəbər verir ki, Keniyada yaşayan 90 yaşlı Tabita Vanqui və 95 yaşlı İbrahim […]