--:--:-- | 19 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xoşqədəm Hidayətqızı əkiz övladları ilə efirdə ailəsindən danışıb

Aysel Əlibəyli 05 İyun 2026 · 17:24 82 baxış

Türkiyəli müğənni Doğuşin qonaq olduğu televiziya proqramında ailəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Verilişə jurnalist Xoşqədəm Hidayətqızı və əkiz övladları Arda ilə Arın videobağlantı vasitəsilə qatılıblar. Elpress.az xeber verirki Canlı yayım zamanı ailədaxili münasibətlərdən danışan Xoşqədəm Hidayətqızı övladlarının təlim-tərbiyəsinə xüsusi həssaslıqla yanaşdığını bildirib. O, uşaqların yalnız yaxşı təhsil almasının deyil, həm də düzgün dəyərlərlə böyüməsinin vacibliyini vurğulayıb.Arda və Arın da efirdə öz maraqlarından söz açıblar. Qardaşlar gündəlik həyatlarında idmana geniş yer ayırdıqlarını, musiqi ilə məşğul olduqlarını və ailələri ilə vaxt keçirməyi sevdiklərini deyiblər.Söhbət əsnasında məlum olub ki, hər iki uşaq fortepiano dərslərinə qatılır və müxtəlif sahələrdə bacarıqlarını inkişaf etdirməyə çalışır.Verilişdə futbol mövzusu da müzakirə olunub. Arda Galatasaray klubuna rəğbət bəslədiyini, Arın isə Fenerbahçe tərəfdarı olduğunu bildirib. Doğuş da sevdiyi komandanın Tractor SC olduğunu qeyd edib.Ailə həyatına dair sualları cavablandıran Xoşqədəm Hidayətqızı həyat yoldaşının diqqətcil və qayğıkeş insan olduğunu söyləyib. Onun sözlərinə görə, Doğuş ailəsinə xoş anlar yaşatmağı və gözlənilməz jestlərlə sevindirməyi sevir.Proqramda yaşanan səmimi dialoq izləyicilərin marağına səbəb olub və sosial şəbəkələrdə geniş müzakirə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rumıniyada liman ərazisində PUA insidenti qeydə alınıb

Next Article

Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun direktoru postundan ayrılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Yeraltı” layihəsində ayrılıq yaşandı

Aysel Əlibəyli 24 İyun 2026 · 17:43 90 baxış Elpress.az xəbər verir ki, Türkiyənin məşhur Yeraltı serialında ayrılıq yaşanıb. Məlumata görə, ekran işində Volkan obrazını canlandıran Burak Çelik layihə ilə yollarını ayırıb.Bildirilib ki, aktyor bundan […]

Kino dünyasına ağır itki: məşhur aktyor vəfat etdi

Aysel Əlibəyli 06 İyun 2026 · 10:54 106 baxış Britaniyalı aktyor həyatını itirib. Elpress.az xəbər verir ki, məlumatı aktyorun ailəsinə istinadən BBC yayıb. Bildirilib ki, sənətçi pnevmoniyanın yaratdığı ağır fəsadlar nəticəsində vəfat edib.Aktyor televiziya tamaşaçılarına […]

Balaəliyə oğurluq ittihamı irəli sürülüb

Aysel Əlibəyli 08 İyun 2026 · 18:29 62 baxış Meyxanaçı Xosrov Maştağalının toy məclisində ifa olunan “Xəyanət” mahnısı sosial şəbəkələrdə geniş yayılaraq trendə çevrilib. Elpress.az xəbər verir ki, Balaəli Rzayev tərəfindən səsləndirilən ifa xüsusilə “TikTok” […]