--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Aysel Əlibəyli 01 İyul 2026 · 13:14 1034 baxış

Fövqəladə vəziyyətə hazırlıq: Gəncədə ticarət mərkəzində genişmiqyaslı yanğın təlimi keçirildi

Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yerləşən ticarət mərkəzlərindən birində yanğın təhlükəsizliyi ilə bağlı xüsusi təlim keçirib.Yeni Gəncə yaşayış massivində yerləşən “Nəhəng Daş” ticarət mərkəzində təşkil olunan yanğın-taktiki təlim “Ticarət müəssisələrində baş verən yanğın hadisələrinin söndürülməsi” mövzusuna həsr olunub.Təlimin əsas məqsədi ticarət obyektlərində yanğın baş verdiyi halda FHN bölmələrinin çevik fəaliyyətini və qarşılıqlı koordinasiyasını təkmilləşdirmək, şəxsi heyətin peşəkar hazırlığını artırmaq, həmçinin obyekt əməkdaşlarının fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə biliklərini gücləndirmək olub.Təlim zamanı şərti yanğın hadisəsi yaradılıb. FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin bölmələri hadisə yerinə operativ şəkildə cəlb olunaraq kəşfiyyat işləri aparıb və “yanğının söndürülməsi” əməliyyatını həyata keçirib.Təlimdə ümumilikdə 40 nəfər şəxsi heyət və 4 xüsusi texnika iştirak edib.Tədbirin sonunda keçirilmiş təlimin nəticələri təhlil olunub, əldə olunan təcrübə müzakirə edilib və gələcək fəaliyyətlə bağlı müvafiq tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ukrayna Aİ-dən 6,6 milyard avroluq hərbi yardım istəyir

Next Article

Avropa Komissiyasının Prezidenti Azərbaycana işgüzar səfər edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xırdalanın sabiq bələdiyyə sədri məhkəmə qarşısına çıxarılır

Aysel Əlibəyli 09 İyul 2026 · 15:00 1034 baxış Xırdalan bələdiyyəsinin sabiq sədri Orxan Musayev barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və iş məhkəməyə göndərilib. Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının Baş […]

Mərdəkanda dənizdə 4 nəfər batıb, axtarışlar davam edir

Aysel Əlibəyli 22 İyun 2026 · 15:17 1110 baxış Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə 4 nəfərin batdığı bildirilir. Hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr uzaqda, nəzarətsiz ərazidə baş verib. Bununla bağlı […]

Buzovna–Bilgəh yolunda “Vita” markalı avtomobil yanıb

Aysel Əlibəyli 12 İyul 2026 · 15:38 1032 baxış Buzovna–Bilgəh avtomobil yolunda “Vita” markalı avtomobildə yanğın baş verib. Elpress.az-ın əldə etdiyi məlumata görə, avtomobil hərəkətdə olarkən qəfil alovlanıb. Hadisə zamanı nəqliyyat vasitəsində sərnişinlərin də olduğu […]

Xaçınçay daşdı: sel həyatı iflic etdi

Aysel Əlibəyli 12 İyun 2026 · 20:06 1078 baxış Elpress.az xəbər verir ki, son günlər yağan aramsız yağışlar Xaçınçay çayında selə səbəb olub. Güclü su axını nəticəsində çayı keçməyə çalışan “Hyundai” markalı avtomobil hərəkətsiz qalaraq […]