--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

10 nəfərin öldüyü partlayış işi Ali Məhkəməyə çıxarılır

Aysel Əlibəyli 07 İyul 2026 · 22:48 22 baxış

Bakıda faciəvi partlayışla bağlı yeni mərhələ: Təqsirləndirilən şəxslər Ali Məhkəməyə müraciət etdilər

Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, Bakıda 10 nəfərin ölümü, 23 nəfərin isə müxtəlif dərəcəli xəsarət alması ilə nəticələnən ağır partlayış hadisəsi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Cinayət işi üzrə təqsirli bilinən şəxslər barələrində çıxarılmış məhkəmə hökmündən kassasiya şikayəti verərək Ali Məhkəməyə müraciət ediblər.Kassasiya şikayətləri “Bakı Ağac Emalı” ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və müəssisədə inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən 1992-ci il təvəllüdlü Toğrul Rzayev tərəfindən təqdim olunub.Məlumata görə, işə Ali Məhkəmədə hakim Teyyub Muxtarovun sədrliyi ilə fəaliyyət göstərən məhkəmə kollegiyası baxacaq. Kassasiya şikayətləri üzrə ilkin baxış iclasının 15 iyul tarixinə təyin olunduğu bildirilib.Qeyd edək ki, sözügedən partlayış ölkədə son illərin ən ağır faciələrindən biri hesab olunur. Hadisə nəticəsində 10 nəfər həyatını itirib, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Kassasiya mərhələsində məhkəmə aşağı instansiya məhkəmələrinin qəbul etdiyi qərarların qanunauyğunluğunu araşdıracaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Kuboku Argentinaya verin !”

Next Article

Bakı–Naxçıvan aviareysləri yenidən həyata keçirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tanınmış ailənin övladı Leysan qəfil dünyasını dəyişib.

Aysel Əlibəyli 25 May 2026 · 12:41 81 baxış Dünən Bakıda səhhəti qəfil pisləşən 22 yaşlı Leysan Qədimov vəfat edib, onun tanınmış nəslə mənsub olduğu bildirilir. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, o, Sədərək rayonundan […]

50 yaşlı kişi arı sancmasından zərər çəkib.

Aysel Əlibəyli 15 İyun 2026 · 21:01 68 baxış Ağdamda 50 yaşlı kişi arı sancması səbəbilə anafilaktik şok keçirib. Hadisə Ağdam rayonunun Əhmədağalı kəndində baş verib. Kənd sakini, 1976-cı il təvəllüdlü Yasin Yadulla oğlu Əhmədov […]