--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

şagirdlər dərsdə cihazlardan istifadə edə bilməyəcək

Aysel Əlibəyli 29 İyun 2026 · 18:49 1040 baxış

Dərs zamanı mobil cihazlara nəzarət güclənir: Yeni qaydalar məktəblərdə tətbiq ediləcək

Azərbaycan məktəblərində şagirdlərin mobil telefon və digər elektron cihazlardan istifadəsi ilə bağlı yeni qaydalar təsdiqlənib.Elm və Təhsil Nazirliyinin müvafiq Kollegiya Qərarı ilə məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazların istifadəsini tənzimləyən yeni Qaydalar qüvvəyə minib.Yeni tənzimləmələr rəqəmsal mühitdə uşaqların zərərli məzmundan qorunması, tədris prosesinin keyfiyyətinin artırılması, şagirdlərin diqqətinin dərsə yönəldilməsi və daha təhlükəsiz məktəb mühitinin yaradılması məqsədi daşıyır.Qaydalara əsasən, şagirdlər dərs və məşğələ zamanı mobil telefon, planşet, ağıllı saat və digər analoji elektron cihazlardan istifadə edə bilməyəcəklər. Məktəbə gətirilən cihazlar dərs müddəti başa çatanadək söndürülmüş və ya səssiz rejimdə, məktəb rəhbərliyinin müəyyən etdiyi xüsusi yerlərdə saxlanılmalıdır.Elektron cihazlardan yalnız müəllimin icazəsi və nəzarəti altında, tədris məqsədləri üçün istifadə edilə bilər. Həmçinin fövqəladə hallar, təbii fəlakətlər və sağlamlıqla bağlı zəruri vəziyyətlər zamanı cihazlardan istifadəyə icazə veriləcək.Qaydaların pozulmasına məktəbin daxili intizam mexanizmləri çərçivəsində nəzarət olunacaq. Pozuntu aşkar edildikdə valideyn və ya qanuni nümayəndə məlumatlandırılacaq, şagirdlə profilaktik söhbət aparılacaq və zəruri hallarda məktəbdə müzakirələr təşkil ediləcək.Yeni qaydalar yalnız məhdudiyyət tətbiq etməyi deyil, eyni zamanda şagirdlər, müəllimlər və valideynlər arasında rəqəmsal təhlükəsizlik, kibertəhlükələr və elektron vasitələrdən düzgün istifadə ilə bağlı maarifləndirməni də nəzərdə tutur.Qərarın əsas məqsədi texnologiyadan imtina etmək deyil, elektron cihazların tədris prosesinə mənfi təsirlərini azaltmaq və məktəblərdə daha səmərəli öyrənmə mühiti yaratmaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kaya Kallas: Türkiyə NATO-nun ikinci ən böyük ordusuna sahibdir

Next Article

Skuterdən telefon oğurlayan şəxs saxlanıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Jurnalistika imtahanında yenilik

Aysel Əlibəyli 21 İyul 2026 · 15:30 1028 baxış Jurnalistika üzrə qabiliyyət imtahanında inşa ilk dəfə kompüterdə yazılacaq Elpress.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçiriləcək qabiliyyət imtahanında […]

Prezidentdən Azərbaycan Ordusuna mesaj: “Eşq olsun qüdrətli Ordumuza!”

Aysel Əlibəyli 25 İyun 2026 · 23:59 1078 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi sosial media hesablarında Azərbaycan Ordusuna həsr olunan videoçarx paylaşılıb. Paylaşımda “Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan Silahlı Qüvvələri! […]

GDT peyvəndi hansı xəstəliklərdən qoruyur?

Aysel Əlibəyli 10 İyun 2026 · 19:16 1110 baxış GDT peyvəndi uşaqları üç təhlükəli yoluxucu xəstəlikdən – göyöskürək, tetanus və difteriyadan qoruyur. Mütəxəssislər bu xəstəliklərin qarşısının alınmasında peyvəndlənmənin ən effektiv vasitə olduğunu bildirirlər. Göyöskürək Göyöskürək […]