--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bu gün ilin ən uzun günü yaşanır

Aysel Əlibəyli 21 İyun 2026 · 18:18 1124 baxış

Elpress.az xəbər verir ki, iyunun 21-i saat 12:24-də Azərbaycanda astronomik yay fəsli başlayıb.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının məlumatına görə, bu tarixdə Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır.Yay günəş duruşu zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq yaranır və Günəş səmada ilin ən yüksək nöqtəsinə çatır. Bu gün Bakıda Günəş üfüqdən maksimum 73,1 dərəcə hündürlükdə müşahidə olunur.İyunun 21-i həm də ilin ən uzun gündüzü və ən qısa gecəsi kimi qeydə alınır. Bu gün gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə, gecənin müddəti isə 8 saat 56 dəqiqə 36 saniyə təşkil edir.Mütəxəssislərin hesablamalarına əsasən, bu il yay fəsli 93 gün 15 saat 40 dəqiqə 42 saniyə davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Trampdan İrana sərt xəbərdarlıq

Next Article

“Chevrolet” əvvəl “Opel”ə, sonra dirəyə çırpıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət qurumlarında 16 vakansiya üzrə müsahibə elan edildi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:37 1246 baxış İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati vəzifələrin 2–4-cü təsnifatlarına uyğun 16 vakansiyanın tutulması məqsədilə daxili müsahibə elan edilib. İyunun 5-də 8 dövlət orqanı üzrə inzibati […]

Qəbulun II cəhdi üçün qeydiyyat başladı.

Aysel Əlibəyli 25 May 2026 · 11:48 1130 baxış II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin II cəhdi 5 iyul tarixində təşkil olunacaq. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, […]

DYP-dən həftəsonu sürücülərə çağırış

Aysel Əlibəyli 18 İyul 2026 · 15:14 1020 baxış DYP həftəsonu yollarda diqqətli olmağa çağırdı Elpress.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu və yay mövsümü ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.Bildirilib […]

Rəşad İbadov Balaxanı neftçiləri ilə müzakirə aparıb

Aysel Əlibəyli 15 İyul 2026 · 18:13 1022 baxış ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov hasilat şirkətlərinin nümayəndələri ilə vətəndaşların konstitusion hüquq və vəzifələrinə həsr olunmuş görüş keçirib. Elpress.az xəbər verir ki, Müzakirədə Konstitusiyanın […]