--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

QHT-lər üçün “bir pəncərə” sistemi tətbiq ediləcək

Aysel Əlibəyli 22 İyun 2026 · 19:44 1072 baxış

Elpress.az xəbər verir ki, Nazirlər Kabineti qeyri-hökumət təşkilatlarının (QHT) dövlət tərəfindən maliyyələşdirilməsinin “bir pəncərə” prinsipi əsasında həyata keçirilməsini nəzərdə tutan yeni qaydanı təsdiqləyib.

Yeni mexanizm dövlət büdcəsindən ayrılan qrantlar, subsidiyalar, dövlət sifarişləri və digər maliyyə dəstəyi formalarının vahid sistem üzərindən idarə olunmasını təmin edəcək. Qərarın əsas məqsədi bu sahədə şəffaflığın artırılması, hesabatlılığın gücləndirilməsi və maliyyələşdirmə proseslərinin elektron qaydada əlaqələndirilməsidir.Qaydaya əsasən, QHT-lərin maliyyələşdirilməsi üzrə işlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə birgə 15 dövlət qurumunun koordinasiyalı fəaliyyəti çərçivəsində həyata keçiriləcək.Yeni qaydalarda qrant məbləğləri də yenilənib. Belə ki, kiçik qrantların yuxarı həddi 30 min manat müəyyən edilib. Böyük qrantların aşağı həddi 30 min manat təşkil edir, yuxarı həddi isə hər müsabiqə üzrə ayrıca müəyyənləşdiriləcək. Səfər qrantlarının maksimum məbləği isə 15 min manat olacaq.Bundan əlavə, layihələrin qiymətləndirilməsi meyarları da sərtləşdirilib. Ekspertlər bundan sonra layihələrin dövlət siyasətinə, strateji sənədlərə və aidiyyəti qurumlarla əməkdaşlığa töhfəsini ayrıca dəyərləndirəcəklər.Yeni sistemin tətbiqinin QHT sektorunda fəaliyyətin daha səmərəli, nəticəyönümlü və sistemli təşkilinə imkan yaradacağı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

AEBA müfəttişlərinin bu həftə İrana qayıtması gözlənilir

Next Article

Bakının 6 əsas yolunda sıxlıq yarandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əsədov Moskva ilə əlaqəni möhkəmləndirdi

Aysel Əlibəyli 26 May 2026 · 19:11 1130 baxış Azərbaycan Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinlə telefon söhbəti keçirib. Elpress.az Nazirlər Kabinetinə istinadən verdiyi xəbərə görə, iki ölkənin hökumət başçıları Azərbaycan-Rusiya əməkdaşlığının […]

Türkiyə liderindən Azərbaycana Milli Qurtuluş Günü təbriki

Aysel Əlibəyli 15 İyun 2026 · 17:06 1066 baxış Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycanı 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Elpress.az xəbər verir ki, Türkiyə lideri bununla bağlı sosial media hesabında […]

Zakir Həsənov yeni ali hərbi rütbə alan zabitlərlə görüşdü

Aysel Əlibəyli 26 İyun 2026 · 17:58 1068 baxış Elpress.az xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezidentin sərəncamı ilə ali hərbi rütbə verilən hərbi qulluqçularla görüş keçirib. Tədbirdə Azərbaycan Prezidenti, Silahlı […]

Bakıda İƏT Parlament İttifaqının sessiyası keçiriləcək

Aysel Əlibəyli 18 İyun 2026 · 16:56 1098 baxış İyunun 22-də Bakıda İslam Əməkdaşlıq Təşkilatının üzv parlamentlərinin Parlament İttifaqı Konfransının 20-ci sessiyası öz işinə başlayacaq. Tədbirdə 40-dan çox ölkənin parlament nümayəndə heyətləri, 10-dan çox ölkə […]