--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Süni intellekt və dronlar neft infrastrukturuna nəzarəti gücləndirir

Aysel Əlibəyli 21 İyun 2026 · 19:54 1128 baxış

Müasir texnologiyaların tətbiqi neft infrastrukturunda monitorinq imkanlarını genişləndirərək risklərin daha tez aşkarlanmasına şərait yaradır.

Dübəndi çimərliyində baş verən hadisələrə bənzər ekoloji risklərin qarşısının alınması üçün davamlı monitorinq sistemlərinin və müasir nəzarət texnologiyalarının tətbiqi mühüm əhəmiyyət daşıyır.Ekspert bildirib ki, ekoloji təhlükələrin minimuma endirilməsi üçün operativ reaksiya vacibdir və bu istiqamətdə SOCAR tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Onun sözlərinə görə, hazırda monitorinq sistemləri fəaliyyət göstərsə də, rəqəmsallaşmanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt və pilotsuz uçuş aparatlarından istifadənin genişləndirilməsi daha effektiv nəticələr verə bilər.Qeyd olunub ki, süni intellekt əsaslı həllər və dron texnologiyaları potensial təhlükələri daha erkən aşkar etməyə, hadisələrə daha sürətli müdaxilə göstərməyə və mümkün zərərin miqyasını azaltmağa imkan yaradır.Ekspert vurğulayıb ki, müasir müşahidə vasitələrinin tətbiqi neft infrastrukturunun təhlükəsizliyinin artırılması, ətraf mühitin qorunması və risklərin idarə olunması baxımından böyük əhəmiyyət daşıyır.O bildirib ki, bu tip hadisələr dünyanın müxtəlif ölkələrində, o cümlədən inkişaf etmiş dövlətlərdə də baş verir. Belə vəziyyətlərdə əsas məqsəd operativ reaksiya göstərmək, nəticələri nəzarət altına almaq və ekoloji təsirləri minimuma endirməkdir.Ekspert E.Qəribli qeyd edib ki, ciddi iqtisadi itkilərin gözlənilmədiyi halda, müəyyən ekoloji təsirlər yarana bilər. Lakin müasir texnologiyaların tətbiqi ilə bu zərərləri azaltmaq və hadisələrin qarşısını daha effektiv şəkildə almaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tanınmış vəkil Rəfail Mənsimzadə vəfat etdi

Next Article

Bekhem ailəsindən Atalar Gününə özəl paylaşım

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Yaşıl Enerji Dəhlizi” üçün yeni addımlar atır

Aysel Əlibəyli 18 İyun 2026 · 18:20 1110 baxış Energetika naziri Pərviz Şahbazov Rumıniya Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Marius-Qabriel Lazurka ilə görüşərək enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Azərbaycan və Rumıniya arasında enerji […]

“AzerGold” QSC IV Şuşa Qlobal Media Forumunda təmsil olunub

Aysel Əlibəyli 15 İyul 2026 · 17:52 1022 baxış “AzerGold” QSC IV Şuşa Qlobal Media Forumu çərçivəsində qızıl və gümüş məhsullarından ibarət xüsusi kolleksiyalarını nümayiş etdirib. Elpress.az xəbər verir ki, Forum iştirakçılarına şirkətin fəaliyyəti və […]

Sabah üçün dolların rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:19 1042 baxış Mərkəzi Bank qərar verdi: Manatın dollara qarşı sabahkı məzənnəsi bəlli oldu Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı iyulun 7-si üçün manatın xarici valyutalara, o […]

Türkiyə də buğda istehsalında tarixi rekord gözləntisi.

Aysel Əlibəyli 30 May 2026 · 19:20 1138 baxış Yağıntılı mövsüm Türkiyə də fermerlərinə rekord buğda məhsulu ümidi verib Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə də son aylarda yağıntıların həcmi son 66 ilin ən […]