--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1070 baxış

Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir

Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında yerləşən bəzi yaşayış evlərinin söküntüsü həyata keçirilir.Layihə çərçivəsində ərazidə bir müddət əvvəl yaşayış evlərinin siyahıya alınması, nömrələnməsi və ölçülməsi işləri aparılıb. Hazırda isə hazırlıq mərhələsi başa çataraq praktiki söküntü tədbirlərinə başlanılıb.İlkin məlumatlara əsasən, layihənin həyata keçirilməsi üçün ərazisi və yaşayış sahəsi istifadə olunan sakinlərə qanunvericiliyə uyğun olaraq kompensasiya ödənilməsi nəzərdə tutulur. Həmçinin bəzi evlərin mülkiyyət sənədlərinin olmamasına baxmayaraq, həmin yaşayış sahələrinin sahiblərinin də kompensasiya ilə təmin ediləcəyi bildirilir.Sürətli qatar layihəsinin əsas məqsədi dəmir yolu infrastrukturunun inkişaf etdirilməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və gələcəkdə daha müasir nəqliyyat imkanlarının yaradılmasıdır.Söküntü və hazırlıq işlərinin mərhələli şəkildə davam etdirilməsi, qarşıdakı dövrdə dəmir yolu xətti boyunca digər ərazilərdə də analoji tədbirlərin görülməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Doktorantura üzrə xarici dil imtahanı keçirildi

Next Article

Avropada ekstremal hava hadisələri artır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 1130 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

Enerji effektivliyi sistemi təsdiqləndi

Aysel Əlibəyli 09 İyun 2026 · 17:37 1126 baxış Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi təsdiqlənib. Bununla bağlı qərarı Nazirlər Kabineti qəbul edib. Nazirlər Kabinetinin qəbul etdiyi yeni qərara əsasən, Enerji Effektivliyi İnformasiya Sisteminin Əsasnaməsi təsdiq […]

Dolların sabahkı rəsmi məzənnəsi açıqlandı

Aysel Əlibəyli 30 İyun 2026 · 18:34 1042 baxış Azərbaycan Mərkəzi Bankı milli valyutanın xarici valyutalara nisbətdə müəyyən edilən rəsmi göstəriciləri ilə bağlı növbəti məlumatı açıqlayıb. Elpress.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankı manatın […]

Azərbaycan nefti 109 dolları keçdi

Aysel Əlibəyli 24 İyul 2026 · 12:06 1024 baxış “Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 109 dolları ötüb Elpress.az xəbər verir ki, Dünya bazarında neftin qiymətində kəskin artım qeydə alınıb. “Azeri Light” markalı Azərbaycan neftinin […]