--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Musiala əməliyyat olundu: “Bavariya” son durumu açıqladı

Aysel Əlibəyli 06 İyul 2026 · 19:33 1046 baxış

“Bavariya”dan Camal Musiala ilə bağlı rəsmi açıqlama: Kiçik əməliyyat keçirib

Elpress.az xəbər verir ki, Almaniyanın “Bavariya” klubunun və Almaniya milli komandasının aparıcı futbolçularından olan Camal Musiala növbəti tibbi prosedurdan uğurla keçib. Bu barədə Münhen təmsilçisinin mətbuat xidməti rəsmi məlumat yayıb.Klubun açıqlamasına əsasən, 23 yaşlı yarımmüdafiəçinin sol ayağında əvvəlki zədənin müalicəsi məqsədilə yerləşdirilmiş metal lövhə uğurlu əməliyyatla çıxarılıb. Həmin lövhə futbolçunun Klublararası dünya çempionatında aldığı ağır zədədən sonra sümüyün sabit saxlanılması üçün implantasiya edilmişdi.”Bavariya” əməliyyatın planlı və kiçik tibbi müdaxilə olduğunu vurğulayıb. Bildirilib ki, prosedur uğurla başa çatıb və Musialanın bərpa prosesi plan üzrə davam edəcək. Klub hesab edir ki, bu müdaxilə futbolçunun mövsümöncəsi hazırlığını müəyyən olunmuş qrafikə uyğun keçməsinə və yeni mövsümün rəsmi oyunlarına tam hazır vəziyyətdə başlamasına imkan yaradacaq.Qeyd edək ki, Camal Musiala son dünya çempionatında Almaniya millisinin keçirdiyi 4 oyunun hamısında forma geyinib. O, turnir ərzində 1 məhsuldar ötürmə ilə yadda qalıb və komandanın əsas oyunçularından biri kimi çıxış edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Next Article

Ərdoğan NATO Baş katibi Mark Rutte ilə görüş keçirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“ChatGPT” Messi azarkeşidir?

Aysel Əlibəyli 23 İyun 2026 · 14:09 1064 baxış “ChatGPT”nin rəsmi “Instagram” hesabında yayılan bir paylaşım futbol azarkeşləri arasında müzakirəyə səbəb olub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi […]

Basketbolçu ilə vidalaşdılar

Aysel Əlibəyli 17 İyul 2026 · 17:37 1018 baxış Azərbaycan klubunda ayrılıq: ABŞ-li basketbolçu ilə yollar ayrıldı Elpress.az xəbər verir ki , Azərbaycanı təmsil edən LANDAU Lions basketbol klubu heyətində növbəti ayrılığı rəsmən açıqlayıb. Klubun […]

Fərman Həsənov UFC-də uğurlu çıxış edərək qələbə qazandı

Aysel Əlibəyli 27 İyun 2026 · 20:10 1101 baxış Bakıda keçirilən UFC turnirində Azərbaycan təmsilçisi Fərman Həsənov uğurlu çıxışı ilə yadda qalıb. İlkin döyüşlər çərçivəsində yarımorta çəkidə oktaqona çıxan Həsənov ABŞ idmançısı Erik Nolanla qarşılaşıb. […]

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Aysel Əlibəyli 02 İyun 2026 · 16:58 1119 baxış Azərbaycan cari ildə bilyard üzrə iki nüfuzlu beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Bilyard Federasiyasından bildirilib ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa […]