--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan cüdosunda növbəti uğur: Avropa Açıq Turnirində 3 medal

Aysel Əlibəyli 28 İyun 2026 · 15:18 1093 baxış

Elpress.az Apasport.az-a istinadən xəbər verir ki, Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Milli komandamız turnirin ilk gününü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurub.

-66 kq çəki dərəcəsində tatami üzərinə çıxan Elşən Əsədov bütün rəqiblərini məğlub edərək turnirin qalibi adını qazanıb. Həmin çəkidə mübarizə aparan digər təmsilçimiz Rəşad Yelkiyev isə finala qədər irəliləyərək gümüş medala sahib çıxıb.

-73 kq çəki dərəcəsində çıxış edən Kamran Süleymanov isə üçüncü yer uğrunda görüşdə qalib gələrək bürünc medala yiyələnib.

Əldə olunan nəticələr sayəsində Azərbaycan yığması 38 ölkənin iştirak etdiyi yarışda komanda hesabında ikinci pilləyə yüksəlib. Milli komandanın turnirin növbəti günlərində də medal sayını artıracağına ümid edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan parlament nümayəndə heyəti Ukraynaya yollanır

Next Article

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bilyard üzrə Avropa yarışları Bakıda keçiriləcək

Aysel Əlibəyli 02 İyun 2026 · 16:58 1115 baxış Azərbaycan cari ildə bilyard üzrə iki nüfuzlu beynəlxalq turnirə ev sahibliyi etməyə hazırlaşır. Azərbaycan Bilyard Federasiyasından bildirilib ki, sərbəst piramida növü üzrə Avropa Kuboku və Avropa […]

Abus Maqomedov rəqibini ilk raundda məğlub etdi

Aysel Əlibəyli 27 İyun 2026 · 20:54 1048 baxış “UFC Fight Night Baku”da ilk qələbə: Abus Maqomedov Mixal Olekseyçuku məğlub etdi Bakıda keçirilən “UFC Fight Night: Fiziev vs. Torres” turnirində növbəti qarşılaşma baş tutub. Gecənin […]

Basketbolçu ilə vidalaşdılar

Aysel Əlibəyli 17 İyul 2026 · 17:37 1016 baxış Azərbaycan klubunda ayrılıq: ABŞ-li basketbolçu ilə yollar ayrıldı Elpress.az xəbər verir ki , Azərbaycanı təmsil edən LANDAU Lions basketbol klubu heyətində növbəti ayrılığı rəsmən açıqlayıb. Klubun […]

“Qarabağ”ın növbəti rəqibi “Zirə” oldu

Aysel Əlibəyli 18 İyun 2026 · 16:14 1104 baxış 2026/2027 mövsümünə hazırlıqlarını davam etdirən Qarabağ FK növbəti yoxlama oyununa çıxacaq. Elpress.az xəbər verir ki, Ağdam təmsilçisi iyunun 20-də Zirə FK ilə qarşılaşacaq.Yoldaşlıq görüşü “Azersun Arena”nın […]