--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Yasamaldakı partlayışın təfərrüatı açıqlandı: Ölən və yaralananlar var

Aysel Əlibəyli 04 İyul 2026 · 14:36 32 baxış

Elpress.az xəbər verir ki, Bakının Yasamal rayonunda baş verən partlayışla bağlı yeni məlumatlar açıqlanıb.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, hadisə Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evinin birinci mərtəbəsində qeydə alınıb.

Partlayışdan sonra başlayan yanğın əraziyə cəlb olunan yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qısa müddətdə lokallaşdırılaraq tam söndürülüb.Hadisə zamanı ümumi sahəsi 250 kvadratmetr olan yaşayış evinin birinci mərtəbəsindəki iki otaq 50 kvadratmetr sahədə yanaraq yararsız vəziyyətə düşüb.

Partlayış nəticəsində 2010-cu il təvəllüdlü bir uşağın həyatını itirdiyi bildirilir. Bundan başqa, üç nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilib.

Həkimlərin nəzarətində olan yaralıların vəziyyəti ağır qiymətləndirilir.TƏBİB-in məlumatına əsasən, hadisə yerinin yaxınlığında olan daha bir qadın xəsarət alıb. Ona Kliniki Tibbi Mərkəzdə zəruri tibbi yardım göstərilib, vəziyyəti stabil olduğundan ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulur.

Hazırda partlayışın başvermə səbəbi araşdırılır. Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yasamalda yanğın baş verib

Next Article

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN Gəncədə ticarət mərkəzində yanğın təlimi keçirdi

Aysel Əlibəyli 01 İyul 2026 · 13:14 28 baxış Fövqəladə vəziyyətə hazırlıq: Gəncədə ticarət mərkəzində genişmiqyaslı yanğın təlimi keçirildi Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə şəhərində yerləşən ticarət mərkəzlərindən birində […]

Taylandda Tanınmış Bloqerlərin Qəzaya Düşdüyü Anlar

Aysel Əlibəyli 04 İyun 2026 · 18:34 112 baxış Azərbaycanlı tanınmış bloqerlər Vahid Həsənov və həyat yoldaşı Həsti Həsənova istirahət məqsədilə səfər etdikləri Taylandda yol qəzası ilə üzləşiblər. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Tanınmış […]

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq.

Aysel Əlibəyli 20 May 2026 · 20:03 67 baxış Təmir və texniki səbəblərlə əlaqədar olaraq, bu ərazilərdə qaz təchizatı müvəqqəti dayandırılacaq. Sakinlərin əvvəlcədən məlumatlandırılması məqsədəuyğundur. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə “Azəriqaz” İB […]