--:--:-- | 28 İyul 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Lənkəranda ağır qəza: sürücü hadisə yerində həyatını itirdi

Aysel Əlibəyli 07 İyun 2026 · 00:13 1106 baxış

Lənkəran rayonunda qeydə alınan yol qəzası bir nəfərin ölümü ilə nəticələnib.

Elpress.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara avtomobil yolunun Liman şəhəri ərazisindən keçən hissəsində baş verib.Məlumata görə, Zövlə kənd sakini, 64 yaşlı Elşad Kişi oğlu Salayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili hərəkətdə olarkən qəfil istiqamətini itirərək yol kənarındakı ağaca çırpılıb, daha sonra isə kanala düşüb.Qəza nəticəsində sürücü hadisə yerində həyatını itirib. Onun nəşi müvafiq prosedurların həyata keçirilməsi üçün aidiyyəti qurumlara təhvil verilib.İlkin ehtimallara əsasən, sürücünün səhhətində yaranan problem qəzanın baş verməsinə səbəb olub. Bununla belə, ölümün və hadisənin dəqiq səbəbləri aparılacaq ekspertizadan sonra məlum olacaq.Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Oğlunun yasından çıxmamış ata da həyatını itirdi

Next Article

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hacıqabulda fərdi yaşayış evində yanğın baş verib

Aysel Əlibəyli 29 İyun 2026 · 17:58 1046 baxış Elpress.az APA-ya istinadən xəbər verir ki, Hacıqabul şəhərində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın şəhərin Ə.Vahid küçəsində, 76 nömrəli ünvanda yerləşən ikimərtəbəli fərdi yaşayış […]

İsmayıllıda ağır qəza

Aysel Əlibəyli 19 İyul 2026 · 17:09 1020 baxış İsmayıllıda avtomobil və motosiklet toqquşdu, 3 nəfər həlak oldu Elpress.az xəbər verir ki, İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza […]