Elpress.az-ın məlumatına görə, ilk oyununda Paris Saint-Germain doğma meydanda Bayern Munich ilə qarşılaşıb.
Matç İsveçrədən olan baş hakim Sandro Schärer tərəfindən idarə olunub və görüş Parc des Princes stadionunda keçirilib. Qarşılaşmada hesabı ilk açan qonaqlar olsa da, yekunda meydan sahibləri üstün olub — 5:4.
Paris təmsilçisinin heyətində Khvicha Kvaratskhelia və Ousmane Dembélé hərəyə iki qol vurub, João Neves isə bir dəfə fərqlənib. Alman klubunda isə Harry Kane, Michael Olise, Dayot Upamecano və Luis Díaz qolları ilə yadda qalıblar.
Komandalar arasında cavab görüşü mayın 6-na təyin edilib.
Digər yarımfinal qarşılaşması isə aprelin 29-da keçiriləcək. Atlético Madrid öz meydanında Arsenal ilə üz-üzə gələcək.


