--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Türkiyənin sabiq naziri həbs edildi – İstintaqın detalları

Aysel Əlibəyli 06 Noyabr 2026 · 10:51 1046 baxış

Türkiyədə maliyyə bazarlarında aparılan əməliyyatlarla bağlı araşdırma ölkənin keçmiş hökumət üzvlərindən birinin həbsi ilə nəticələnib. Söhbət sabiq Ailə və Sosial Xidmətlər naziri Fatma Betül Sayan Kayadan gedir.

Elpress.az xəbər verir ki, İstanbulda fond əməliyyatları ilə bağlı aparılan istintaq çərçivəsində Kaya “Kapital bazarı haqqında” qanunu pozmaqda və cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda şübhəli bilinərək saxlanılıb. Prokurorluqda 2 saat 15 dəqiqə davam edən ifadəsindən sonra o, həbs tələbi ilə məhkəməyə göndərilib. Məhkəmə barəsində həbs qətimkan tədbiri seçib.

Eyni iş üzrə onun həyat yoldaşı İlyas Kaya və Türkiyənin keçmiş Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində fərqli qərar qəbul edilib. Hər iki şəxsə ölkədən çıxış qadağası qoyulub və mütəmadi olaraq polis orqanlarında imza atmaq öhdəliyi müəyyənləşdirilib.

İstintaqın mərkəzində milyardlarla lirəlik səhm əməliyyatı dayanır

Araşdırmanın əsas istiqamətlərindən biri “Özata Denizcilik” şirkətinin Borsa İstanbulda OZATD kodu ilə satılan səhmləri üzrə əməliyyatlardır.

Türkiyə mətbuatının prokurorluğun məhkəməyə təqdim etdiyi sənədlərə əsaslanan məlumatına görə, Fatma Betül Sayan Kaya 2026-cı ilin aprelində şirkətin səhmlərini əldə edib. İstintaq materiallarında onun səhm əməliyyatları zamanı ictimaiyyətə açıqlanmamış məlumatlara malik ola biləcəyi iddia olunur.

Prokurorluğun sənədlərində səhmlərin sentyabrın 16-da, fondların ləğvi ilə bağlı qərardan bir gün əvvəl Tera Yatırım şirkətinə köçürüldüyü və satış məbləğinin həmin gün hesaba daxil olduğu bildirilir. Bu əməliyyatın vaxtı və həyata keçirilmə üsulu istintaqın diqqət mərkəzindədir.

Sentyabr ayında Türkiyədə müzakirələrə səbəb olan iddialara əsasən, Kaya və həyat yoldaşının səhm əməliyyatlarından təxminən 2,17 milyard Türkiyə lirəsi gəlir əldə etdiyi irəli sürülüb. Bu məbləğ təxminən 43 milyon ABŞ dollarına bərabərdir.

Sabiq nazir siyasi vəzifələrindən də ayrılmışdı

Fatma Betül Sayan Kaya Türkiyədə 2016–2018-ci illərdə Ailə və Sosial Siyasətlər naziri vəzifəsində çalışıb. Daha sonra hakim Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini olub.

O, 26 sentyabr 2026-cı ildə fondlarla bağlı iddiaların araşdırılmasına maneə yaranmaması üçün partiyadakı vəzifələrindən azad edilməsini istəyib.

Qeyd edək ki, hazırda Kaya barəsindəki ittihamlar istintaq və məhkəmə araşdırması çərçivəsində irəli sürülüb. Onun təqsiri məhkəmənin yekun hökmü ilə sübuta yetirilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bir əsrlik səs: “Danışır Bakı!” – Azərbaycan Radiosu 100 yaşında

Next Article

Şöhrət Məmmədov köçməsinin səbəbini açıqladı: “Nə qaçmışam, nə də küsmüşəm”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ermənistanın yeni Konstitusiya layihəsi müzakirəyə çıxarılacaq

Aysel Əlibəyli 19 Avqust 2026 · 23:48 1124 baxış Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi davam edir. Elpress.az xəbər verir ki, 2026-2031-ci illər üzrə hökumət proqramının layihəsində yeni Konstitusiya layihəsinin yekunlaşdırılaraq ictimai və peşəkar müzakirəyə təqdim […]

Çin-ABŞ ticarət danışıqları Nyu-Yorkda başlayıb

Aysel Əlibəyli 20 Sentyabr 2026 · 19:54 1122 baxış Tərəflər iqtisadi və ticarət məsələlərini müzakirə edir Elpress.az xəbər verir ki, Nyu-Yorkda Çin və ABŞ arasında iqtisadi və ticarət məsələləri üzrə yüksəksəviyyəli danışıqların növbəti raunduna start […]

Papuaşvili: Cənubi Qafqazda sülh regionun inkişafına yol açır

Aysel Əlibəyli 29 Oktyabr 2026 · 20:51 1086 baxış Cənubi Qafqazda sabitliyin təmin olunması Qara dəniz regionunun iqtisadi inkişafı və əməkdaşlıq imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Elpress.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri […]