--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

İlham Əliyevin Almaniya səfəri strateji əməkdaşlığa yeni imkanlar açdı

Aysel Əlibəyli 26 İyul 2026 · 09:28 1028 baxış

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan ilə Almaniya arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə bildirib.Deputatın sözlərinə görə, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” iki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik sahələrində əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilir.

Qeyd olunub ki, enerji sahəsində əldə edilən razılaşmalar Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu daha da gücləndirir. Bununla yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, investisiya imkanlarının artırılması, yaşıl enerji və innovasiya layihələrinin həyata keçirilməsi üçün də yeni perspektivlər yaranıb.Deputat bildirib ki, səfər zamanı Orta Dəhlizin inkişafı, logistika əlaqələrinin genişləndirilməsi və Cənubi Qafqazda sülh prosesinə dair məsələlər də müzakirə olunub. Onun sözlərinə görə, bu görüşlər regional əməkdaşlığın və iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verəcək.

Əlibala Məhərrəmzadə vurğulayıb ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan–Almaniya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafına yeni təkan verən mühüm diplomatik hadisə kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzər dənizində gecə saatlarında zəlzələ qeydə alınıb

Next Article

Sabahdan güclü külək: Bakıya və bölgələrə hava xəbərdarlığı edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Ad Günü Arzusu”

Aysel Əlibəyli 15 İyun 2026 · 12:07 1092 baxış 80 Yaşlı Trampın Dünya Təqvimini Dəyişən “Ad Günü Arzusu” Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Ağ Evin tarixinə ən yaşlı rəhbər kimi adını yazdıran Donald Tramp […]

“Dostluq” layihəsi: Xəzərdə əməkdaşlığın yeni ünvanı

Aysel Əlibəyli 30 İyun 2026 · 21:39 1124 baxış Elpress.az xəbər verir ki, Prezident Sərdar Berdiməhəmmədovin Azərbaycana son dövlət səfəri çərçivəsində qardaş ölkə Türkmənistana hədiyyə edilən “Dostlug” neft tankeri ilk səfərini uğurla başa vuraraq Türkmənbaşı […]

AQEM-in gələcəyi Astanada müzakirə olundu

Aysel Əlibəyli 23 İyul 2026 · 02:00 1026 baxış Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyində Azərbaycanın sədrliyi ilə Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib. Elpress.az xəbər verir ki, […]