--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İlham Əliyev yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib

Aysel Əlibəyli 10 Sentyabr 2026 · 15:12 1042 baxış

Prezident Azərbaycanın yəhudi icmasına bayram münasibətilə təbrik məktubu göndərib

Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına yəhudi xalqının əlamətdar bayramlarından biri olan Roş ha-Şana münasibətilə təbrik məktubu ünvanlayıb.Təbrik məktubunda Azərbaycanın tarixən müxtəlif xalqların və dini icmaların birgə yaşadığı, qarşılıqlı hörmət, etimad, dostluq və qardaşlıq ənənələrinin formalaşdığı ölkə olduğu vurğulanıb.Dövlət başçısı müasir Azərbaycanda insanların dini, etnik və dil mənsubiyyətindən asılı olmayaraq hüquq və azadlıqlarının qorunması üçün şərait yaradıldığını qeyd edib. Yəhudi icmasının da ölkənin ictimai və mədəni həyatında fəal iştirak etdiyi, öz milli-mənəvi dəyərlərini, dilini və mədəniyyətini qoruduğu bildirilib.Prezident Roş ha-Şananın yenilik, mənəvi saflıq, xeyirxahlıq və həmrəylik rəmzi olduğunu qeyd edərək yəhudi icmasının üzvlərinə və ailələrinə xoşbəxtlik, firavanlıq və bərəkət arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Qarabağ KOB-ları” layihəsində yeni təlimlər başa çatıb

Next Article

İlham Əliyev Töhfə Sazişini təsdiqləyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Norman etimadnaməsinin surətini Bayramovaya təqdim edib.

Aysel Əlibəyli 03 İyun 2026 · 18:32 1194 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün United Kingdomın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Duncan Normani qəbul edib. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi […]

Əli Əsədov Gürcüstanın baş prokuroru ilə görüşüb

Aysel Əlibəyli 30 İyul 2026 · 16:47 1074 baxış Azərbaycan və Gürcüstan prokurorluqları arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Elpress.az xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov iyulun 30-da Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidze ilə […]

KİV: Tramp İranla razılaşma barədə qərarsızdır

Aysel Əlibəyli 29 May 2026 · 23:31 1148 baxış ABŞ Prezidenti Donald Trampın ABŞ-İran razılaşması ilə bağlı hələ yekun qərar vermədiyi bildirilir. “The New York Times”ın mənbələrə istinadən yaydığı məlumata görə, Trampın müşavirləri ilə keçirdiyi […]