--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Elçin Əmirbəyov: Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələr başlayıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 11:40 1028 baxış

Prezidentin nümayəndəsi: Kommunikasiya layihələrinin inkişafı və dialoqun davam etdirilməsi sülh prosesinə töhfə verir

Elpress.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Azərbaycan və Ermənistan arasında münasibətlərdə hərbi eskalasiyanın olmadığını və tərəflərin faktiki sülh şəraitində yaşadığını bildirib.Əmirbəyov Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı qeyd edib ki, Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan arasında hərbi eskalasiya baş verməyib.Onun sözlərinə görə, hökumətlər və cəmiyyətlər arasında dialoq davam edir, iki ölkə arasında ticarət və iqtisadi əlaqələrə başlanılıb. Eyni zamanda, bağlantı və kommunikasiya layihələrinin inkişaf etdirilməsi istiqamətində işlər görülür.Əmirbəyov bildirib ki, mövcud vəziyyət Azərbaycan və Ermənistan cəmiyyətləri üçün gələcəyə fərqli yanaşma formalaşdırmaq baxımından tarixi fürsət yaradır.Prezidentin nümayəndəsi vurğulayıb ki, davamlı sülh yalnız siyasi razılaşmaların əldə olunması ilə məhdudlaşmır. Onun sözlərinə görə, sülh insanların gündəlik həyatında özünü göstərməli və cəmiyyətlər tərəfindən hiss olunmalıdır.Əmirbəyov Azərbaycanın qarşısında duran əsas maneələrdən birinin hələ də yerin altında qalan mina təhlükəsi olduğunu diqqətə çatdırıb.O bildirib ki, 2020-ci ilin sonundan etibarən Azərbaycanda 437 nəfər mina partlayışlarının qurbanı olub. Onlardan bəziləri həyatını itirib, digərləri isə müxtəlif xəsarətlər alıb.Əmirbəybovun sözlərinə görə, hər yeni mina qurbanı yalnız humanitar faciə yaratmır, eyni zamanda ailələr üçün ciddi psixoloji zərbə olur. Mina təhlükəsinin davam etməsi cəmiyyətə müharibənin nəticələrinin tam aradan qalxmadığını xatırladır və bu vəziyyət normallaşma prosesinə ictimai inama mənfi təsir göstərə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Himayədar ailə olmaq prosesi sadələşdirilib

Next Article

Putin: Doğum səviyyəsi Rusiyanın əsas problemlərindən biridir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Ukraynanın sabiq prezidenti ilə görüşüb

Aysel Əlibəyli 17 Avqust 2026 · 13:46 1036 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko ilə görüşüb. Görüş zamanı tərəflər 20 ildən artıq davam edən […]

Aytən Məmmədovadan qanun layihəsi ilə bağlı açıqlama

Aysel Əlibəyli 10 İyun 2026 · 16:46 1098 baxış İnzibati Xətalar Məcəlləsinə, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif edilən dəyişikliklər müasir dövrün tələblərinə uyğun hazırlanıb. […]

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub

Aysel Əlibəyli 06 Sentyabr 2026 · 16:42 1020 baxış Prezident Hərbi Dəniz Qüvvələrində istehsal olunan insansız dəniz vasitələrinin sınaqlarını izləyib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və […]

Bakı böyük iqlim tədbirlərinə ev sahibliyi edəcək

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 10:09 1010 baxış Elpress.az xəbər verir ki, sentyabrın 7-dən 11-dək Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçiriləcək. Tədbir Azərbaycanın ev sahibliyi və Xarici İşlər […]