--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Britaniya səfiri: Azərbaycanla süni intellekt sahəsində yeni layihələr olacaq

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:21 1054 baxış

Dunkan Norman iki britaniyalı nazirin yaxın aylarda Azərbaycana səfər edəcəyini açıqlayıb

Elpress.az xəbər verir ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman iki ölkə arasında münasibətlərin qarşıdakı illərdə daha da inkişaf edəcəyini bildirib.Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində danışan səfir qeyd edib ki, Azərbaycan-Britaniya əlaqələrinin 10 ildən sonra indiki səviyyədən daha yüksək mərhələyə çatacağı gözlənilir.Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda daha çox Britaniya şirkətinin fəaliyyət göstərməsi, təhlükəsizlikdən iqtisadi inkişafa qədər müxtəlif istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı səfərlərin artırılması nəzərdə tutulur.Dunkan Norman bildirib ki, ilk növbədə iki ölkə arasında strateji tərəfdaşlıq məsələsi yekunlaşdırılmalı və müvafiq sənəd imzalanmalıdır. Səfir bunun yaxın gələcəkdə baş verəcəyinə ümid etdiyini deyib.O əlavə edib ki, bundan sonra bir sıra yeni birgə layihələrin həyata keçirilməsi planlaşdırılır. Bu layihələr arasında süni intellekt və texnologiya sahəsində əməkdaşlıqların da yer alacağı bildirilib.Səfir həmçinin yaxın bir ay ərzində iki Britaniya nazirinin Azərbaycana səfər edəcəyini açıqlayıb. Onun sözlərinə görə, nazirlərdən biri sentyabrın sonunda, digəri isə oktyabr ayında ölkəyə səfər edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gürcüstanda əcnəbilər universitetlərə imtahansız qəbul oluna biləcəklər

Next Article

Nazir müavini: Köçürülənlərin 7 915-i real vakansiyalar üzrə işlə təmin edilib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev beynəlxalq qurumların rəhbərləri ilə görüşdü

Aysel Əlibəyli 10 İyul 2026 · 21:41 1120 baxış Azərbaycan Prezidenti İlham Əliyev iyulun 10-da bir sıra beynəlxalq təşkilatların rəhbər şəxslərini və nümayəndələrini qəbul edib. Elpress.az xəbər verir ki, Görüşdə Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun […]

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 1148 baxış Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi […]

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1074 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]