--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan və Pakistan arasında hərbi görüş keçirilib

Aysel Əlibəyli 27 Avqust 2026 · 15:49 1036 baxış

Bakıda iki ölkənin müdafiə qurumları arasında 12-ci İşçi Qrupu Səviyyəli Görüş baş tutub

Elpress.az xəbər verir ki, Bakıda Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan Müdafiə Qüvvələri Qərargahı arasında əməkdaşlığın əsas istiqamətlərinin müzakirə olunduğu görüş keçirilib.Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində təşkil olunan 12-ci İşçi Qrupu Səviyyəli Görüşdə iki ölkənin müdafiə qurumları arasında mövcud əlaqələrin vəziyyəti və gələcək inkişaf perspektivləri nəzərdən keçirilib.Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıb, hərbi əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.Görüşün yekununda müvafiq protokol imzalanıb. Daha sonra nümayəndə heyətlərinə qarşılıqlı hədiyyələr təqdim olunub və tədbir iştirakçıların xatirə fotosunun çəkdirilməsi ilə başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xarkovda ticarət mərkəzinə dron zərbəsi: ölən və yaralananlar var

Next Article

XİN Rusiyadakı təxribatı qətiyyətlə pisləyib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:06 1044 baxış Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb Elpress.az xəbər verir ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində […]

MEDİA-da beynəlxalq media əməkdaşlığı müzakirə edildi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:48 1130 baxış Medianın İnkişafı Agentliyində İslam Əməkdaşlıq Təşkilatının Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə ikitərəfli görüş baş tutub. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Medianın İnkişafı Agentliyində (MEDİA) […]