--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Azərbaycan və Ermənistan sərhədin delimitasiyasını şimaldan cənuba aparacaq

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:04 1048 baxış

Ceyhun Bayramov: Delimitasiya üzrə komissiyalar arasında mütəmadi görüşlər keçirilir

Elpress.az xəbər verir ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılığa gəlib.Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, proses Azərbaycan, Ermənistan və Gürcüstan sərhədlərinin kəsişdiyi nöqtədən başlayaraq cənub istiqamətində aparılacaq.Nazirin sözlərinə görə, delimitasiya üzrə dövlət komissiyalarının tərkibində dəyişiklik olmayıb. Azərbaycan tərəfinin komissiyasına Baş nazirin müavini Şahin Mustafayev rəhbərlik edir. Tərəflərin komissiyaları arasında mütəmadi görüşlər keçirilir və müxtəlif məsələlər müzakirə olunur.Ceyhun Bayramov qeyd edib ki, indiyədək komissiyalar arasında çoxsaylı görüşlər baş tutub, onların fəaliyyətini tənzimləyən bir sıra sənədlər həm Azərbaycanda, həm də Ermənistanda qəbul edilərək təsdiqlənib.XİN rəhbəri vurğulayıb ki, sərhədin daha mürəkkəb hesab olunan şimal hissəsindən başlayaraq cənuba doğru delimitasiya işlərinin aparılması ilə bağlı tərəflər arasında qarşılıqlı anlaşma mövcuddur.Bayramov əlavə edib ki, ayrı-ayrı yaşayış məntəqələri və digər spesifik məsələlər delimitasiya komissiyalarının fəaliyyəti çərçivəsində mərhələli şəkildə müzakirə olunacaq və onların həlli istiqamətində iş aparılacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov erməni həmkarı ilə görüşəcək

Next Article

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Baş prokuror Şamaxıda vətəndaşları qəbul edib

Aysel Əlibəyli 16 Sentyabr 2026 · 15:18 1060 baxış Kamran Əliyev Şamaxı, Qobustan, Ağsu və İsmayıllı sakinlərinin müraciətlərini dinləyib Elpress.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev Şamaxı rayon prokurorluğunun inzibati binasında Şamaxı, Qobustan, Ağsu […]

Dövlət kibertəhlükəsizlik sahəsində addımlarını gücləndirir

Aysel Əlibəyli 04 İyul 2026 · 15:30 1124 baxış Azərbaycanda kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində mühüm institusional dəyişiklik həyata keçirilir. Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli […]

QDTİB rəhbəri: Azərbaycan etibarlı tərəfdaşdır

Aysel Əlibəyli 02 İyul 2026 · 11:09 1086 baxış Azərbaycan bazarların əlaqələndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Elpress.az xəbər verir ki, Bu fikirləri Qara Dəniz Ticarət və İnkişaf […]