--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Azərbaycan enerji xəritəsində strateji güc kimi önə çıxır

Aysel Əlibəyli 11 İyun 2026 · 17:34 66 baxış

Azərbaycanın son üç onillikdə keçdiyi inkişaf yolu ölkənin regional gücdən qlobal əhəmiyyət daşıyan strateji tərəfdaşa çevrildiyini göstərir.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri siyasi şərhçi Araz Balayev səsləndirib.Onun sözlərinə görə, Azərbaycanın milli təhlükəsizlik və xarici siyasət kursunda enerji diplomatiyası mühüm yer tutur. Araz Balayev qeyd edib ki, XX əsrin sonlarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanan “Əsrin müqaviləsi” yalnız iqtisadi layihə deyil, həm də ölkənin beynəlxalq arenada mövqeyini gücləndirən strateji addım olub.Şərhçinin fikrincə, enerji resurslarından düzgün istifadə Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin möhkəmlənməsinə, maliyyə dayanıqlığının təmin olunmasına və ordunun gücləndirilməsinə imkan yaradıb. Eyni zamanda, əldə olunan gəlirlər insan kapitalının inkişafına, təhsil proqramlarının həyata keçirilməsinə və yeni nəslin formalaşdırılmasına yönəldilib.Araz Balayev vurğulayıb ki, bu gün Azərbaycan yalnız enerji ehtiyatları ilə deyil, həm də çevik idarəetmə sistemi və rəqabətqabiliyyətli insan resursları ilə seçilir. Onun sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr ölkənin qlobal enerji bazarındakı rolunu daha da gücləndirib.Siyasi şərhçi bildirib ki, xüsusilə son illərdə Avropada yaranan enerji böhranı fonunda Azərbaycanın etibarlı tərəfdaş kimi əhəmiyyəti daha da artıb. Onun fikrincə, ölkə artıq təkcə qaz ixracatçısı deyil, həm də yaşıl enerji sahəsində yeni imkanlar yaradan mühüm mərkəzə çevrilməkdədir.Araz Balayev hesab edir ki, Azərbaycan bu gün Şərqlə Qərb arasında strateji enerji bağlantısını təmin edən və qlobal geosiyasi proseslərdə təsir imkanlarına malik mühüm oyunçulardan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Külək güclənir: Əhaliyə sarı xəbərdarlıq edildi

Next Article

Trampdan Xarq adası açıqlaması: ABŞ ələ keçirməni dəstəkləməyəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Enerji sektorunda sabitlik sual altındadır

Aysel Əlibəyli 02 İyun 2026 · 11:02 74 baxış Enerji bazarlarında qeyri-müəyyənlik səviyyəsi yüksək olaraq qalır, eyni zamanda bazardakı güclü dəyişkənlik qlobal enerji sektorunda riskləri artırır. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, 31-ci Bakı Enerji […]

İran liderindən diqqətçəkən açıqlama

Aysel Əlibəyli 03 İyun 2026 · 21:43 124 baxış İran Prezidenti dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması üçün beynəlxalq iqtisadi proseslərdə daha fəal iştirakın vacibliyini vurğulayıb. Elpress.az Axar.az-a istinadən xəbər verir ki, bunu Məsud Pezeşkian bildirib.Prezident […]

Ceyhun Bayramov BMT-nin xüsusi elçisi ilə görüş keçirdi

Aysel Əlibəyli 02 İyul 2026 · 18:00 36 baxış Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş katibinin yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todtu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlıq və yol təhlükəsizliyi ilə bağlı […]