Azərbaycan 2028-ci ildə Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrlik etmək niyyətindədir.
Elpress.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
Dövlət başçısı Azərbaycanın təşkilata sədrlik məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu vurğulayıb.


