--:--:-- | 25 May 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

“Övladlarımın heç kimə möhtac qalmaması üçün çalışıram”

25 May 2026 · 00:13 4 baxış

8 uşaq, 1 dam — Talıbovların tükənməyən sevgisi

Elpress.az qafqazinfo- ya istinadən xəbər verirki İmişlinin Qaragüvəndikli kəndindəki Talıbov ailəsinin evi həmişə səs-küylüdür — 8 uşağın gülüşü, narazılığı, dərs hazırlığı bu evdən əskik olmur. 16 illik ailə həyatının bəhrəsi olan bu uşaqların ən böyüyü 15 yaşındadır, ən kiçiyi hələ 9 aylıqdır.Yeddi övlad artıq məktəb sıralarında yer alıb. Ailənin atası hər birinin dərsinə, geyiminə vaxtında yetişdiyini söyləyir: “Başa salıram ki, oxumaq lazımdır, o biri uşaqlardan geri qalmasınlar.”Gündəlik xərclər az deyil — aylıq minimum 1000 manat lazım olur. Dövlətin verdiyi 1120 manatlıq sosial yardım və pambıq əkini ailənin əsas gəlir mənbəyidir. Ata hər şeyi bu iki mənbəylə idarə etməyə çalışır.Çətinliklər olsa da, ailəni narazı salmır. “Onlar güldükcə istəyirsən, sən də güləsən” — bu sözlər hər şeyi izah edir. Atanın arzusu sadədir: uşaqlar oxusun, ayaqları üstündə dursun, kimsəyə möhtac olmasın.

Previous Article

Rubiodan İrana sərt mesaj: Hərbi seçim gündəmdən çıxmayıb

Next Article

Fransa siyasətində yeni açıqlama: Gabriel Attal prezident seçkilərində namizədliyini rəsmən irəli sürüb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;