--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Millimiz Çexiyanı məğlub edib yarımfinala adlayıb

Aysel Əlibəyli 03 İyun 2026 · 01:08 1204 baxış

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada təşkil olunan Avropa çempionatında yarımfinala vəsiqə əldə edib.

Elpress.az “Report”a istinadən xəbər verir ki, baş məşqçi Elşad Quliyevin rəhbərlik etdiyi komanda 1/4 final mərhələsində Çexiya yığması ilə üz-üzə gəlib.”Tipos Arena”da keçirilən qarşılaşma Azərbaycan millisinin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.Yığmamızın heyətində Eşqin Tağıyev dubl edib. Digər qolları isə Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.1/4 finalın digər oyunlarında Macarıstan Bolqarıstanı 4:0, Ukrayna Gürcüstanı 4:0, Serbiya isə Rumıniyanı 6:4 hesabı ilə məğlub edib.Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Avstriya, İtaliya və Fransa üzərində qələbə qazanmışdı. Komanda 1/8 finalda isə Qazaxıstan seçməsini 3:2 hesabı ilə üstələyərək dörddəbir finala yüksəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Livan və İsrail Vaşinqtonda yenidən danışıqlar masasına əyləşib

Next Article

Gürcüstan Azərbaycanla sərhəd məsələsini müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belçika Seneqalla üz-üzə

Aysel Əlibəyli 02 İyul 2026 · 00:20 1152 baxış 2026 FIFA World Cupnın pley-off mərhələsində Belçika millisi Seneqal yığması ilə qarşılaşacaq. Komandalar arasında keçiriləcək görüşün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Qalib komanda […]

Dünya çempionatının final biletləri rekord qırdı

Aysel Əlibəyli 17 İyul 2026 · 16:07 1174 baxış Argentina–İspaniya finalına böyük maraq bilet qiymətlərini rekord həddə çatdırıb Elpress.az xəbər verir ki , İyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək dünya çempionatının finalında Argentina […]