--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Nikolas Keyc dəyişən görünüşü ilə diqqət çəkib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 06:09 1084 baxış

62 yaşlı aktyor 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə tədbirə qatılıb

Elpress.az xəbər verir ki, Hollivud aktyoru Nikolas Keyc Los-Ancelesdə keçirilən tədbirdə yeni görünüşü ilə diqqət çəkib.62 yaşlı aktyor “Lucas Museum of Narrative Art”ın açılış gecəsində 31 yaşlı həyat yoldaşı Riko Şibata ilə birlikdə qırmızı xalçaya çıxıb.İllərdir tünd saçları ilə tanınan Keyc bu dəfə tamamilə ağarmış saçları və saqqalı ilə kameralar qarşısına keçib. O, tədbirdə mavi smokinq pencəyi, ağ köynək, qara şalvar və günəş eynəyi taxıb. Riko Şibata isə ağ rəngli geyim seçib.Cütlük gecə ərzində qırmızı xalçada əl-ələ görüntülənib. Aktyorun builki görünüşü iyun ayında Los-Ancelesdə qatıldığı tədbirlərdəki imicindən fərqlənib. Həmin vaxt Keyc daha tünd saçlarla görünmüşdü.Nikolas Keyc və Riko Şibatanın münasibəti aktyorun Yaponiyada film çəkilişləri zamanı başlayıb. Cütlük 2021-ci ilin fevralında Las-Veqasda keçirilən özəl mərasimlə nikah bağlayıb. Onların Avqust Françeska adlı qızı 2022-ci ilin sentyabrında dünyaya gəlib.Riko Şibata aktyorun beşinci həyat yoldaşıdır. Keyc daha əvvəl Patrisiya Arkett, Liza Mari Presli, Elis Kim və Erika Koyke ilə evli olub. Aktyorun əvvəlki münasibətlərindən Veston və Kal-El adlı iki oğlu da var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Neft kəskin ucuzlaşıb

Next Article

Bakıda mopeddən oğurluq edən şəxs saxlanılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

4 illik münasibətə baxmayaraq Bred Pitt evlənmək istəmir

Aysel Əlibəyli 27 İyun 2026 · 20:15 1103 baxış Bred Pitt və İnes de Ramonun münasibətində gözlənilməz qərar: aktyor nikah planı qurmayıb Hollivudun məşhur aktyoru Bred Pitt uzun müddətdir birlikdə olduğu zərgərlik dizayneri İnes de […]

Ceren Ayrukun yaşı ilə bağlı iddialar gündəm oldu

Aysel Əlibəyli 20 İyul 2026 · 00:02 1104 baxış Aktrisa Ceren Ayrukun yaşı ilə bağlı yayılan iddialar müzakirələrə səbəb olub Elpress.az xəbər verir ki, “Daha 17” serialında Leyla obrazı ilə tanınan gənc aktrisa Ceren Ayrukun […]

Serdar Ortaçın səhhəti yenidən pisləşdi

Aysel Əlibəyli 12 İyun 2026 · 23:01 1146 baxış Türkiyənin tanınmış müğənnisi uzun illərdir mübarizə apardığı xəstəlik səbəbindən yenidən gündəmə gəlib. Elpress.az xəbər verir ki, sənətçinin MS (dağınıq skleroz) xəstəliyi ilə bağlı vəziyyəti pisləşib və […]