--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Bilgəhdə yeni incəsənət məktəbi istifadəyə verildi

Aysel Əlibəyli 26 Avqust 2026 · 20:40 1032 baxış

Elpress.az xəbər verir ki, Bakının Bilgəh qəsəbəsində yeni incəsənət məktəbinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva iştirak ediblər.Mədəniyyət naziri Adil Kərimli yeni incəsənət məktəbində görülən işlər və yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Bilgəh İncəsənət Məktəbi Bilgəh qəsəbə Mədəniyyət Evi, 27 nömrəli uşaq musiqi məktəbi və Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 10 nömrəli kitabxana filialının fəaliyyətinin optimallaşdırılması nəticəsində yaradılıb.Qeyd olunub ki, 1987-ci ildə inşa edilmiş Bilgəh qəsəbə Mədəniyyət Evinin inzibati binası illər ərzində köhnələrək istifadəyə yararsız vəziyyətə düşüb. Bu səbəbdən Heydər Əliyev Fondu tərəfindən 220 yerlik yeni məktəb binası inşa olunub.Müasir standartlara uyğun şəkildə təchiz edilən məktəbdə musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltəraşlıq və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, qarderob və yeməkxana yaradılıb.Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri də aparılıb.

Yeni təhsil ocağının Bilgəh sakinlərinin, xüsusilə də uşaqların yaradıcılıq imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Rusiya daha iki yaşayış məntəqəsinə nəzarət etdiyini açıqlayıb

Next Article

Bakının 3 ərazisində yol ötürücülərində hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1044 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]