Prezident İlham Əliyev Səbuhi Əhəd oğlu Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Elpress.az xəbər verir ki, sərəncam noyabrın 3-də imzalanıb.
Qeyd edək ki, Səbuhi Sadıqov 22 iyun 1984-cü ildə Füzuli şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və kredit ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə 2005-ci ildə başlayıb, beynəlxalq audit şirkətlərində və özəl sektorda müxtəlif vəzifələrdə çalışıb.
O, 2021-ci il dekabrın 27-də də Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdi.


