--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mərkəzi Bank 6 ayda 757 milyon dollar satıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:53 1082 baxış

Valyuta hərraclarında dollar satışları kəskin azalıb

Elpress.az xəbər verir ki, 2026-cı ilin ilk altı ayında Azərbaycan Mərkəzi Bankının keçirdiyi valyuta hərraclarında ümumilikdə 757 milyon ABŞ dolları satılıb.Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bu göstərici əvvəlki illərin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır. Belə ki, 2025-ci ilin ilk yarısında hərraclarda 2,7 milyard dollar, 2024-cü ilin eyni dövründə isə 3,7 milyard dollar satılıb.Sədrin sözlərinə görə, aprelin 1-dən keçirilən 101 valyuta hərracında 203 milyon dollar satış həyata keçirilib. Bununla yanaşı, Mərkəzi Bank valyuta bazarında alışyönümlü müdaxilə edərək iyulun 30-dək 2,077 milyard dollar alıb.Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 19,4 faiz artaraq 13,7 milyard dollara çatıb.Bank sektorunda dollarlaşmanın azalması da davam edib. İyunun sonunda rezident fiziki şəxslərin əmanətlərində dollarlaşma səviyyəsi 25,6 faiz təşkil edib. Bu göstərici ilin əvvəlindən 3,8 faiz bəndi azalıb.Eyni dövrdə fiziki şəxslərin manat əmanətləri 1,3 milyard manat və ya 11,6 faiz artaraq 12,5 milyard manata yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollara çatıb

Next Article

Sadır Japarov “Heydər Əliyev” ordeninə layiq görülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran və Tacikistan enerji müqaviləsi imzalayacaq

Aysel Əlibəyli 15 Avqust 2026 · 17:52 1058 baxış Tehran və Düşənbə arasında yanacaq və xam neft tədarükünü əhatə edən uzunmüddətli saziş hazırlanır Elpress.az xəbər verir ki, İran və Tacikistan enerji sektorunda uzunmüddətli əməkdaşlığı nəzərdə […]

SOCAR İtaliyada yanacaq qiymətlərini məhdudlaşdıracaq

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 00:50 1086 baxış Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliyadakı törəmə şirkəti “Italiana Petroli” (IP) ölkə üzrə yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarını açıqlayıb. Məlumata görə, “Eni” şirkətinin […]

Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji mərhələyə çatıb

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 14:32 1064 baxış Pərviz Şahbazov: Birgə layihələr iki ölkənin enerji inteqrasiyasını gücləndirir Elpress.az xəbər verir ki, Azərbaycan-Türkiyə münasibətlərində enerji sahəsində əməkdaşlıq strateji əhəmiyyətini daha da artırıb.Energetika naziri Pərviz Şahbazov […]

Eldar Qəribov Fransadakı dəbdəbəli villasını satmağa çalışır

Aysel Əlibəyli 07 Avqust 2026 · 09:24 1106 baxış “Unibank”ın Müşahidə Şurasının sədri Eldar Qəribov Fransadakı 34 milyon manatlıq mülkünə bir ildən çoxdur müştəri tapa bilmir Elpress.az xəbər verir ki, “Unibank”ın Müşahidə Şurasının sədri Eldar […]