Azərbaycan və Qazaxıstan Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi və nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi məsələlərini müzakirə edib.
Elpress.az xəbər verir ki, AZCON Holding-in icraçı direktoru Şahin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində bu ölkənin nəqliyyat naziri Nurlan Sauranbayevlə görüşüb.
Görüşdə Orta Dəhliz üzrə nəqliyyat bağlantılarının inkişafı, marşrutun imkanlarının genişləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər regionda nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi və Orta Dəhlizin səmərəliliyinin artırılması üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.


