--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan və Türkiyə gömrük əməkdaşlığını genişləndirir

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:41 1100 baxış

Tərəflər sərhədkeçmə proseslərinin sürətləndirilməsi və gömrük prosedurlarının sadələşdirilməsini müzakirə edib

Elpress.az xəbər verir ki, Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyənin Ticarət Nazirliyi arasında Gömrük Məsələləri üzrə Birgə Komitənin 6-cı iclası keçirilib.Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın hazırkı vəziyyəti nəzərdən keçirilib. Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) tətbiqi ilə bağlı Türkiyənin təcrübəsinin öyrənilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və sərhədkeçmə proseslərinin sürətləndirilməsi məsələləri müzakirə olunub.Tərəflər TIR və e-TIR mexanizmlərinin tətbiqi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, sərhəd buraxılış məntəqələrindən daha sürətli keçidin təmin edilməsi və yük nəqliyyat vasitələrinin buraxılış imkanlarının artırılması barədə fikir mübadiləsi aparıblar.İclasda gömrük sahəsində məlumat mübadiləsinin genişləndirilməsi, hüquqpozmalarla mübarizə, səlahiyyətli iqtisadi operator, güzgülü gömrük statistikası və risklərin idarəedilməsi istiqamətləri də diqqət mərkəzində olub.Bundan əlavə, qabaqcıl təcrübələrin qarşılıqlı öyrənilməsi, birgə əməliyyatların və təlimlərin keçirilməsi imkanları nəzərdən keçirilib.Görüşün sonunda müzakirə olunan məsələləri və əldə edilmiş razılaşmaları əks etdirən protokol imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Next Article

İspan diplomat İsrail XİN-ə çağırılıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Ermənistana Azərbaycandan tranzit yüklər göndəriləcək

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:21 1046 baxış Azərbaycan ərazisindən keçməklə Ermənistana buğda, gübrə və taxta tədarük olunacaq Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə daha bir yük partiyasının göndərilməsi planlaşdırılır.Sentyabrın 5-də […]

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Aysel Əlibəyli 16 İyun 2026 · 11:32 1140 baxış Azərbaycanda kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadənin artırılması və məhsuldarlığın yüksəldilməsi məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Elpress.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur […]

SOCAR və “CNOOC” əməkdaşlıq memorandumu imzalayıb

Aysel Əlibəyli 01 Sentyabr 2026 · 16:28 1056 baxış Azərbaycan və Çin şirkətləri neft-qaz layihələrində tərəfdaşlığı genişləndirəcək Elpress.az xəbər verir ki, SOCAR ilə Çinin Milli Dəniz Neft Korporasiyası (“CNOOC”) arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsini nəzərdə […]

“Cahan Holding”də marketinq üzrə yeni təyinat

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 17:05 1070 baxış “Cahan Holding”in Marketinq Departamentinə yeni rəhbər təyin olunub. Elpress.az xəbər verir ki, bu vəzifəyə marketinq sahəsində uzunmüddətli təcrübəyə malik Müşviq İskəndərov gətirilib. 2008-ci ildən peşəkar fəaliyyət […]