--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AYİB: Azərbaycan sənaye zonalarında yeni mərhələyə keçir

Aysel Əlibəyli 25 Sentyabr 2026 · 14:35 1068 baxış

AYİB rəsmisi: Sənaye zonalarının vahid iqtisadi ekosistemə çevrilməsi üçün Azərbaycanda imkanlar var

Elpress.az xəbər verir ki, Azərbaycanda sənaye zonalarının daha geniş iqtisadi ekosistemə çevrilməsi istiqamətində yeni mərhələyə keçid müşahidə olunur.Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə ölkə meneceri Natali Mouravidze Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda panel müzakirəsi zamanı bildirib.Onun sözlərinə görə, müasir dövrdə sənaye zonalarının inkişafında əsas məqsədlərdən biri yalnız istehsal müəssisələrinin yaradılması deyil, həm də onları təchizatçı, istehsalçı və alıcıların qarşılıqlı əlaqədə olduğu vahid sistemə çevirməkdir.Natali Mouravidze qeyd edib ki, əvvəlki dövrlərdə investorların əsas diqqəti sənaye zonalarında zavod və digər istehsal müəssisələrinin qurulmasına yönəlirdisə, hazırda onlar həmin ərazilərdən müxtəlif bazarlara çıxış imkanlarını və mövcud iqtisadi əlaqələri də nəzərə alırlar.AYİB-in müxtəlif ölkələrdəki təcrübəsinə əsasən, təchizatçıların, istehsalçıların və alıcıların bir araya gətirildiyi sənaye zonalarında layihələrin daha səmərəli inkişaf etdiyi bildirilib.Mouravidze Azərbaycanda belə bir sistemin formalaşdırılması üçün əsas imkanların mövcud olduğunu vurğulayıb. Onun fikrincə, istehsalçıların inkişafı ilə yanaşı, onların təchizatçılarla əlaqələrinin gücləndirilməsi və mövcud imkanların vahid sistemdə birləşdirilməsi ölkənin sənaye və ixrac potensialının genişlənməsinə şərait yarada bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Anar Əliyev Qusarda vətəndaşlarla görüşüb

Next Article

Kreml: Rusiya, ABŞ və Ukrayna arasında görüş keçirilə bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Rusiyadan Ermənistana Azərbaycan üzərindən taxıl göndəriləcək

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:32 1044 baxış Ermənistana Azərbaycandan tranzit keçməklə 41 vaqon arpa və buğda daşınacaq Elpress.az xəbər verir ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl məhsullarının daşınması həyata keçiriləcək.Məlumata görə, […]

Rayon pensiyaçıları üçün ödəniş tarixi bəlli oldu

Aysel Əlibəyli 16 İyun 2026 · 15:49 1186 baxış Rayonlarda qeydiyyatda olan pensiyaçıların bu ay üzrə pensiya ödənişlərinin ən gec 19-dək həyata keçirilməsi planlaşdırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu […]

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlarla görüş təşkil edib.

Aysel Əlibəyli 25 May 2026 · 11:56 1154 baxış Mayın 22-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində sahibkarlıq subyektləri ilə görüş baş tutub. Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində keçirilən görüşdə sahibkarların üzləşdiyi […]