--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

AMB-də yeni baş direktor təyin edildi

Aysel Əlibəyli 02 Oktyabr 2026 · 15:19 1048 baxış

Azərbaycan Mərkəzi Bankında yeni təyinat həyata keçirilib.

Elpress.az xəbər verir ki, Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru Azər Məlağırov qurumun baş direktoru vəzifəsinə təyin olunub. Bununla da AMB-də baş direktorların sayı yenidən 10-a yüksəlib.

Azər Məlağırov bu vəzifədə avqust ayında fəaliyyətini dayandıran Vüqar Əhmədovu əvəz edib.

1977-ci ildə Bakıda anadan olan A.Məlağırov 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunda “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə magistr təhsili alıb.

O, əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankda başlayıb. Müxtəlif illərdə pul-kredit və monetar siyasət istiqamətində müxtəlif vəzifələrdə çalışan Məlağırov şöbə rəisi və departament direktor müavini kimi də fəaliyyət göstərib.

2009-cu ilin iyunundan etibarən isə Mərkəzi Bankın Pul siyasəti departamentinə rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sumqayıtda məktəbdə 14 şagird xəstəxanaya yerləşdirilib – Araşdırma aparılır

Next Article

İnam Kərimov: “Süni intellekt hakimi əvəz edə bilməz”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

OPEC: Tibbi cihazların hazırlanmasında neftdən istifadə olunur

Aysel Əlibəyli 11 Avqust 2026 · 14:45 1068 baxış Neft mənşəli materiallar müasir tibbi avadanlıqların istehsalında mühüm rol oynayır Elpress.az xəbər verir ki, Neftdən əldə olunan materiallar müasir səhiyyədə istifadə edilən müxtəlif tibbi cihazların istehsalında […]

Yerli ekspertizanın investisiyalarda rolu müzakirə olunub

Aysel Əlibəyli 28 Sentyabr 2026 · 14:38 1098 baxış Bakıda keçirilən paneldə xarici kapitalın yerli səriştə və texnologiyaların inkişafına təsiri müzakirə edilib Elpress.az xəbər verir ki, Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində yerli ekspertizanın […]

Naftalana yeni turist axını

Aysel Əlibəyli 18 İyun 2026 · 18:28 1152 baxış “TABIA Group” və Özbəkistanın “FlyKhiva” şirkəti arasında turizm və sağlamlıq sektorunda əməkdaşlığın inkişafına dair memorandum imzalanıb. Azərbaycanın qonaqpərvərlik və sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən “TABIA Group” […]

Azərbaycan Orta Dəhlizdə mövqeyini gücləndirir

Aysel Əlibəyli 29 İyul 2026 · 11:22 1069 baxış Deputat Azər Kərimli Azərbaycanın Orta Dəhlizdə strateji əhəmiyyətinin daha da artdığını bildirib. Elpress.az xəbər verir ki, Milli Məclisin deputatı Azər Kərimli bildirib ki, qlobal logistika sistemində […]