--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Douvikas Çempionlar Liqasının ən yaxşısı seçildi

Aysel Əlibəyli 05 Noyabr 2026 · 21:07 1036 baxış

İtaliyanın “Komo” klubunun hücumçusu Anastasios Douvikas UEFA Çempionlar Liqasının 2026/2027 mövsümündə dördüncü turun ən yaxşı futbolçusu adına layiq görülüb.

Elpress.az xəbər verir ki, 27 yaşlı yunanıstanlı forvard azarkeşlərin səsverməsində rəqiblərini geridə qoyaraq həftənin oyunçusu seçilib.

Douvikas bu mükafata Fransanın “Lans” klubu ilə qarşılaşmada göstərdiyi möhtəşəm performansdan sonra sahib olub. O, komandasının səfərdə 9:1 hesablı qələbəsində üç dəfə fərqlənib və bir məhsuldar ötürmə ilə yadda qalıb.

UEFA-nın məlumatına görə, mükafat uğrunda mübarizədə Douvikasla yanaşı, PSJ-dən Fabian Ruis, “Qalatasaray”dan Aleksey Batrakov və LASK-ın futbolçusu Kasper Yorgensen də namizədlər sırasında yer alıb.

Qeyd edək ki, “Komo”nun “Lans” üzərindəki 9:1 hesablı qələbəsi Çempionlar Liqası tarixində ən böyükhesablı qələbələrdən biri kimi qeydə alınıb. Douvikas isə bu mövsüm turnirdə vurduğu 6 qolla bombardirlər siyahısına yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zelenski Melaniya Trampa yüksək dövlət mükafatı verdi

Next Article

Prezident bir sıra qanunlarda dəyişiklik etdi – yeni qaydalar müəyyənləşdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Medalımı atama həsr etdim”“

Aysel Əlibəyli 24 May 2026 · 20:48 1169 baxış “Qızıl medal qazanmaq ən böyük arzum idi. Bu uğurumu şəhid atama həsr edirəm”, – deyə şəhid qızı bildirib. Xəbər verdiyimiz kimi, Azərbaycanın karateçisi Mədinə Sadıqova Almaniyanın […]

“Sabah” Çempionlar Liqasında qələbə ilə başladı

Aysel Əlibəyli 21 İyul 2026 · 22:58 1114 baxış Elpress.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın “KuPS” klubunu minimal hesabla məğlub edib. Bakıda keçirilən qarşılaşmada yeganə […]

“Şamaxı” portuqaliyalı müdafiəçini transfer etdi

Aysel Əlibəyli 02 İyul 2026 · 17:40 1122 baxış Premyer Liqa təmsilçisi “Şamaxı” yeni mövsüm öncəsi heyətini gücləndirmək üçün növbəti transferini reallaşdırmağa hazırlaşır. Klub portuqaliyalı müdafiəçi ilə razılıq əldə edib. Elpress.az-ın Apasport.az-a istinadən verdiyi məlumata […]

“Kuboku Argentinaya verin !”

Aysel Əlibəyli 07 İyul 2026 · 22:45 1180 baxış Argentinaya məğlubiyyətdən sonra Zikodan qalmaqallı açıqlama: Hakimliyi tənqid etdi Elpress.az xəbər verir ki, Misir millisinin yarımmüdafiəçisi Mostafa Ziko 2026-cı il dünya çempionatının 1/8 finalında Argentinaya 2:3 […]