--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Liftdə zorakılığa məruz qalan autizmli uşağın anası ilk dəfə danışdı

Aysel Əlibəyli 07 İyul 2026 · 22:32 22 baxış

“Oğlum saatlarla danışa bilmədi” – Liftdə zorakılığa məruz qalan azyaşlının anası yaşadıqlarını açıqladı

Elpress.az-ın Milli.az-a istinadən verdiyi məlumata əsasən, Bakının Nərimanov rayonunda liftdə autizmli azyaşlıya qarşı törədildiyi bildirilən fiziki zorakılıq hadisəsi ilə bağlı yeni detallar məlum olub. İctimaiyyətin böyük narahatlığına səbəb olan hadisədən sonra azyaşlının anası Fidan Abdulla baş verənlərlə bağlı açıqlama verib.Ana bildirib ki, hadisədən sonra 11 yaşlı övladı güclü psixoloji sarsıntı keçirib və bir neçə saat danışa bilməyib. Onun sözlərinə görə, uşaq yalnız bir müddət sonra liftdə naməlum şəxsin ona hücum etdiyini söyləyib.Fidan Abdulla qeyd edib ki, əvvəlcə övladını vuran şəxsin başqa bir uşaq olduğunu düşünüb. Lakin ertəsi gün yaşayış binasının müşahidə kameralarının görüntülərinə baxarkən hadisəni törədən şəxsin 29 yaşlı kişi olduğunu müəyyən edib.O bildirib ki, bundan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət edib. Ananın sözlərinə görə, polis qısa müddət ərzində həmin şəxsi saxlayıb. Bildirilib ki, o, sonradan ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilib.”Hadisə günü öyrəndim ki, bizim belə bir qonşumuz var”, – deyə Fidan Abdulla bildirib.Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir. Hadisənin bütün halları hüquqi qiymət verilməsi məqsədilə araşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Həmyerlisini maşınla vuraraq öldürdü

Next Article

Robert Haynlayn: Kitabları niyə qadağan olunmaq istənirdi?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Jurnalistin səhhəti pisləşib

Aysel Əlibəyli 19 İyul 2026 · 16:50 8 baxış Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətinin pisləşdiyi bildirilir Elpress.az xəbər verir ki, Həbsdə olan jurnalist Azər İsrafilovun səhhətində ciddi problemlərin yarandığı bildirilir.Onun anası Zemfira İsrafilovanın sözlərinə […]

Daşkəsəndə sel fəlakəti: güclü yağışlar ciddi ziyan vurdu

Aysel Əlibəyli 14 İyun 2026 · 11:23 62 baxış Daşkəsəndə sel suları fəsad törədib: yol çöküb və ciddi dağıntılar qeydə alınıb 🌧️ Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Daşkəsəndə güclü yağışlardan sonra yaranan sel suları […]

Qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Aysel Əlibəyli 02 İyun 2026 · 11:27 130 baxış 7 yaşlı oğul anası tərəfindən qətlə yetirildi. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Məlumata görə, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədovaya qayçı ilə çoxsaylı […]

İsmayıllıda 5 yaşlı uşaq hovuzda həyatını itirdi

Aysel Əlibəyli 13 İyul 2026 · 11:32 22 baxış İsmayıllı rayonunda baş verən faciəli hadisə nəticəsində azyaşlı uşaq hovuzda boğularaq ölüb. Elpress.az xəbər verir ki , Hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb.Məlumata görə, 5 […]