--:--:-- | 20 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Dostunu öldürən şəxsə cəza kəsildi

Aysel Əlibəyli 10 İyun 2026 · 11:34 78 baxış

Daşkəsəndə dostunu qətlə yetirməkdə təqsirləndirilən Elçin İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

Elpress.az APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Mövsümovun sədrliyi ilə keçirilən iclasda hökm elan olunub.Məhkəmənin qərarına əsasən, Elçin İsmayılov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.İttihama görə, hadisə ötən ilin iyul ayında Daşkəsən rayonunda baş verib. Elçin İsmayılovla dostu İlkin Məmmədov arasında yaranan mübahisə zamanı təqsirləndirilən şəxs ona bıçaqla bir neçə zərbə vurub. Ağır xəsarət alan İlkin Məmmədov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.Elçin İsmayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.5-ci (soyuq silahı qanunsuz əldə etmə və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Aİ-dən Əlcəzair aviaşirkətinə uçuş qadağası

Next Article

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Lənkəranda alov magistralı bürüdü: Yanğın sürətlə genişlənir

Aysel Əlibəyli 04 İyul 2026 · 19:40 24 baxış Lənkəranda yeni Ələt–Astara magistralının şəhər ərazisindən keçən hissəsində genişmiqyaslı yanğın qeydə alınıb. Elpress.az xəbər verir ki, ilkin məlumata əsasən, yol kənarında yerləşən açıq ərazidə quru ot […]

Mərdəkanda dənizdə 4 nəfər batıb, axtarışlar davam edir

Aysel Əlibəyli 22 İyun 2026 · 15:17 98 baxış Bakı şəhərinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə 4 nəfərin batdığı bildirilir. Hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr uzaqda, nəzarətsiz ərazidə baş verib. Bununla bağlı […]