--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bakıda təhlükəli liftin istismarı dayandırılıb

Aysel Əlibəyli 29 İyul 2026 · 10:52 1070 baxış

Xətai rayonunda təhlükəsizlik tələblərinə cavab verməyən liftin fəaliyyəti FHN tərəfindən dayandırılıb.

Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərinin Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən marketdə liftə planlı baxış keçirilib.

Yoxlama zamanı liftin təhlükəsizlik tələblərinə uyğun istismar edilmədiyi və insan həyatı üçün təhlükə yaratdığı müəyyən olunub. Bu səbəbdən liftin istismarı dayandırılıb.

Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün market rəhbərliyi qarşısında məsələ qaldırılıb. Bildirilib ki, qayda pozuntuları aradan qaldırıldıqdan sonra liftin yenidən istismarına icazə verilə bilər. Həmçinin, təhlükəsizlik normalarına əməl edilmədiyi halda baş verə biləcək qəza və bədbəxt hadisələrə görə müəssisə rəhbərliyinin hüquqi məsuliyyət daşıdığı diqqətə çatdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Nərimanov Tibb Mərkəzinə yeni direktor təyin olunub

Next Article

İordaniya İranın beş raketini zərərsizləşdirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nihat Kahveci saxlanılıb

Aysel Əlibəyli 14 İyul 2026 · 14:11 1106 baxış Türkiyə millisinin sabiq futbolçusu və idman şərhçisi Nihat Kahveci məişət zorakılığı iddiaları ilə bağlı polis tərəfindən saxlanılıb. Elpress.az xəbər verir ki, Məlumata görə, hazırda idman şərhçisi […]

Bakıda ərini öldürən qadına 12 il həbs cəzası verilib

Aysel Əlibəyli 11 Sentyabr 2026 · 15:10 1060 baxış Elmira Əliyeva ərini ov tüfəngi ilə qətlə yetirib meyitini evinin həyətində basdırıb Elpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Elmira Əliyevanın […]