İlin sonunadək TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində göstərilən xidmətlərin çeşidinin artırılması planlaşdırılır.
Elpress.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun vəzifəsini müvəqqəti icra edən Bahadur Rzayev Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin açılışı zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, cari il ərzində həm oftalmologiya, həm də digər tibbi istiqamətlər üzrə bir sıra layihələr həyata keçirilib. İlin sonuna qədər yeni layihələrin təqdimatı və müxtəlif tibb müəssisələrində xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.
Bahadur Rzayev yeniliklərin davamlı xarakter daşıyacağını vurğulayıb.


