--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Samuxda qarayara ilə bağlı 9 nəfər izolyasiya edilib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:15 1052 baxış

Xəstə heyvanla təmasda olan şəxslər tibbi müşahidəyə götürülüb

Elpress.az xəbər verir ki, Samux rayonunda qeydə alınan qarayara hadisəsi ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və TƏBİB-in birgə məlumatına əsasən, ilkin epidemioloji araşdırma zamanı xəstəliyə şübhəli şəxslərin iribuynuzlu heyvanlarla təmasda olduğu müəyyənləşdirilib. Onlardan birindən götürülən nümunənin laborator müayinəsi nəticəsində qarayara diaqnozu təsdiqlənib.Xəstə heyvanla təmasda olan 9 nəfər müəyyən edilərək Gəncə Şəhər Birləşmiş Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsində izolyasiya olunub. Həmin şəxslərdən laborator müayinələr üçün nümunələr götürülərək müvafiq tibb müəssisəsinə göndərilib.Qurumlar bildiriblər ki, hazırda əhali arasında xəstəliyin yayılması müşahidə olunmur və vəziyyət nəzarətdə saxlanılır. Zəruri epidemioloji tədbirlər davam etdirilir.Vətəndaşlara xəstə və ya tələf olmuş heyvanlarla, həmçinin şübhəli heyvan mənşəli məhsullarla təmasdan uzaq durmaq tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəlbəcərdə mina partlayıb, kişi yaralanıb

Next Article

Britaniyada ilin ən isti günü qeydə alınıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Naxçıvanda 73 sosial xidmət elektron qaydada göstərilir

Aysel Əlibəyli 05 Sentyabr 2026 · 11:44 1046 baxış Muxtar respublikada sosial xidmətlərin rəqəmsallaşdırılması genişləndirilir Elpress.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında sosial müdafiə sahəsində xidmətlərin rəqəmsal formada təqdim olunması genişləndirilir.Məlumata görə, 2023-cü ildən etibarən […]

Azad edilmiş ərazilərdə 269 mina aşkarlanıb

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 16:04 1096 baxış Həftə ərzində 1 840,3 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib Elpress.az xəbər verir ki, İşğaldan azad edilmiş ərazilərdə ötən həftə ərzində minatəmizləmə əməliyyatları davam […]