--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Şəhid ailələri və müharibə əlilliyi olan şəxslərə 36 mənzil verilib

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 12:10 1082 baxış

Mənzillər Hövsan Yaşayış Kompleksindən təqdim olunub

Elpress.az xəbər verir ki, Dövlət Suverenliyi Günü ərəfəsində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün növbəti mənzil təqdimatı keçirilib.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə MİDA-nın Hövsan Yaşayış Kompleksindən 36 mənzil yeni sahiblərinə təqdim olunub. Mənzillərlə bağlı sənədlərin təqdim edilməsi 4 saylı DOST Mərkəzində baş tutub.Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev şəhid ailələri və müharibə əlilliyi olan şəxslərin dövlətin sosial dəstək proqramları ilə əhatə olunduğunu bildirib.Qeyd olunub ki, mənzillə təminat həmin kateqoriyalara göstərilən sosial dəstəyin əsas istiqamətlərindən biridir. Vətən müharibəsindən sonra mənzil təminatı proqramının əhatə dairəsi genişləndirilib və postmüharibə dövründə 7 300-dən çox, ümumilikdə isə 16 mindən artıq mənzil təqdim olunub.Bundan əlavə, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinət və təqaüdlərin orta hesabla iki dəfədən çox artırıldığı bildirilib. Bu şəxslərin məşğulluğunun təmin edilməsi və reabilitasiya xidmətlərinə çıxışının yaxşılaşdırılması istiqamətində də tədbirlərin davam etdirildiyi qeyd olunub.Yeni mənzillərlə təmin olunan vətəndaşlar dövlət tərəfindən göstərilən sosial dəstəyə görə təşəkkürlərini bildiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Milli Musiqi Günü Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Next Article

Filippində məktəbdə silahlı insident baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 18:20 1060 baxış Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb. Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara […]

Bakıda Formula 1 küçələrində hərəkət bərpa olunub

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 16:23 1076 baxış Qran-pridən sonra mərkəzi küçələr sürücülərin istifadəsinə verilib Elpress.az xəbər verir ki, Formula 1 Azərbaycan Qran-prisi 2026 başa çatdıqdan sonra Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkəti […]

Bakıda bir sıra küçələrdə hərəkət məhdudlaşdırılacaq

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:01 1054 baxış Təmir işləri səbəbindən avqustun 14-dən paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti dayandırılacaq Elpress.az xəbər verir ki, Bakının bir neçə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə […]