Bakıda yağış əsasən gözlənilmir, bölgələrdə leysan və dolu ehtimalı var
Elpress.az xəbər verir ki, Oktyabrın 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı və əsasən yağmursuz keçəcəyi bildirilir. Axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Küləyin istiqaməti gün ərzində şimal-qərbdən cənub-şərqə dəyişəcək.Paytaxt və Abşeron yarımadasında gecə temperatur 16-19°, gündüz isə 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə gecə 60-65%, gündüz 50-55% təşkil edəcək.Ölkənin rayonlarında səhər saatlarından başlayaraq, əsasən şimal və qərb bölgələrində arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər saatlarında ayrı-ayrı ərazilərdə duman müşahidə olunacaq.Bölgələrdə mülayim şərq küləyi əsəcək. Aran rayonlarında gecə 15-18°, gündüz 24-28°, dağlıq ərazilərdə isə gecə 7-12°, gündüz 16-21° isti olacağı proqnozlaşdırılır.


