--:--:-- | 07 Noyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Müəllim — gələcəyin səssiz memarı

Aysel Əlibəyli 05 Oktyabr 2026 · 05:34 1228 baxış

Bu gün — 5 oktyabr, Müəllimlər Günüdür. Elpress.az olaraq bütün müəllimləri bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.

Bəzi insanlar həyatımıza illərlə deyil, bir neçə cümlə ilə təsir edir. Bəzən illər əvvəl məktəb lövhəsinin qarşısında dayanan müəllimin dediyi adi görünən bir söz, insanın həyatında illər sonra öz mənasını tapır. Çünki müəllim sadəcə dərs keçən insan deyil, fərqinə varmadan gələcəyin istiqamətini dəyişən insandır.

Bir şagirdin qarşısında yalnız dərslik və suallar dayanmır. Orada arzular, tərəddüdlər, seçimlər və bəzən də özünə inamsızlıq var. Müəllimin əsas missiyası isə yalnız doğru cavabı göstərmək deyil, şagirdə düşünməyi, sual verməyi və öz yolunu tapmağı öyrətməkdir.

Bu gün təhsilin keyfiyyətindən danışarkən nəticələrə, ballara, olimpiadalara və müasir texnologiyalara diqqət yetiririk. Lakin bir həqiqəti unutmamalıyıq: təhsilin ən böyük nəticəsi yüksək bal deyil, düşünə bilən və məsuliyyətli insan yetişdirməkdir.

Əsl müəllimin əməyinin nəticəsi isə çox vaxt sinif jurnalında və ya qiymət cədvəlində görünmür. Bu nəticə illər sonra — bir həkimin insan həyatına münasibətində, bir jurnalistin sözə məsuliyyətində, bir alimin axtarışında, bir valideynin övladına verdiyi tərbiyədə özünü göstərir.

Məhz buna görə müəllimlik sadəcə peşə deyil. Bu, gələcək qarşısında böyük məsuliyyətdir.

Ümummilli lider Heydər Əliyevin “Müəllim adı dünyada ən yüksək addır” fikri də bu müqəddəs peşənin cəmiyyət üçün əhəmiyyətini ən aydın şəkildə ifadə edir.

Çünki müəllim bu günün dərsini deyil, sabahın insanını yetişdirir.

Aysel Əlibəyli

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bərdənin raket atəşinə tutulmasından 6 il ötür

Next Article

İstiqlal məfkurəsi və milli varlığın qorunması: bugünkü şəraitdə nə etməliyik?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Qızılın qiyməti 4 min dollar həddini keçdi

Aysel Əlibəyli 18 İyul 2026 · 11:13 1126 baxış Əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin […]

Azərbaycanda 18 kişi hayat yoldaşının soyadını götürüb

Aysel Əlibəyli 08 Avqust 2026 · 14:35 1104 baxış Ədliyyə Nazirliyi: Cari il ərzində 18 kişi nikahdan sonra arvadının soyadını qəbul edib Elpress.az xəbər verir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, cari il ərzində nikah […]

Ramid Namazov: Həssas məlumatlar artıq ölkə daxilində emal olunur

Aysel Əlibəyli 09 İyul 2026 · 15:38 1124 baxış Milli Məclisin komissiya sədri Ramid Namazov bildirib ki, Azərbaycanda yaradılan milli super kompüter mərkəzi həssas məlumatların ölkə sərhədlərini tərk etmədən emal edilməsinə imkan yaradır. Elpress.az xəbər […]

Şəkidə güclü yanğın evi məhv etdi

Aysel Əlibəyli 15 İyul 2026 · 18:19 1190 baxış Şəkidə yaşayış evi yanğın nəticəsində istifadəyə yararsız qaldı Elpress.az xəbər verir ki, Şəki rayonunda baş verən yanğın hadisəsi bir ailəyə ciddi maddi ziyan vurub. Hadisə rayonun […]