--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Hövsandakı palçıqla bağlı həkimdən xəbərdarlıq

Aysel Əlibəyli 05 İyul 2026 · 20:13 1030 baxış

Hövsandakı “Duzlu göl” hər il yüzlərlə insanın üz tutduğu müalicəvi məkanlardan biri olsa da, həkimlər palçıqdan istifadənin riskləri barədə xəbərdarlıq edirlər.

Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, Paytaxtın Suraxanı rayonu ərazisində, Hövsan-Zığ yolu yaxınlığında yerləşən “Duzlu göl” yay mövsümündə yüzlərlə insanın üz tutduğu məkanlardan birinə çevrilib. Sakinlər gölün palçığının müxtəlif sağlamlıq problemlərinə müsbət təsir göstərdiyini desələr də, mütəxəssislər ehtiyatlı olmağa çağırırlar.Buraya gələn vətəndaşlar palçıq müalicəsinin oynaq, sümük və digər ağrılarını azaltdığını bildirirlər. Onların sözlərinə görə, uzun illərdir istifadə etdikləri bu üsul nəticəsində sağlamlıqlarında müəyyən yaxşılaşma müşahidə ediblər.Bununla belə, həkim İradə Hacıyeva palçıq müalicəsinə başlamazdan əvvəl mütləq tibbi müayinədən keçməyin vacibliyini vurğulayıb. O bildirib ki, palçığın tərkibi analiz edilməyibsə və bu müalicə həkim tərəfindən tövsiyə olunmayıbsa, özbaşına istifadə ciddi sağlamlıq riskləri yarada bilər.Həkimin sözlərinə görə, bəzi insanlar müvəqqəti rahatlama hiss etsələr də, onurğa yırtığı, protruziya və ya onkoloji xəstəliklər kimi hallarda palçıqdan həkim məsləhəti olmadan istifadə xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Buna görə də belə müalicə üsuluna başlamazdan əvvəl mütləq mütəxəssis rəyi alınmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türkiyə kruiz gəmisini limanlara buraxmadı

Next Article

Binəqədidə məktəbin qarşısında qəza

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycanda siqaretlərdə qiymət artımı gözlənilir

Aysel Əlibəyli 06 İyun 2026 · 11:52 1112 baxış Ölkədə tütün məmulatlarının satış qiymətində dəyişiklik qeydə alınıb. Elpress.az xəbər verir ki, siqaretlərin pərakəndə satış qiymətində təxminən 30 qəpik civarında artım müşahidə olunur. Qiymət dəyişikliklərinin əsas […]

Qızılın qiyməti 4 min dollar həddini keçdi

Aysel Əlibəyli 18 İyul 2026 · 11:13 1014 baxış Əmtəə bazarlarında qızılın qiymətində növbəti artım qeydə alınıb. Elpress.az xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin avqust fyuçerslərinin […]

BMU komandası nazirliyin proqramında birinci oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:10 1020 baxış Bakı Mühəndislik Universitetinin tələbələrindən ibarət komanda Müdafiə Sənayesi Nazirliyinin elmi proqramında ən yüksək nəticəni əldə edib. Elpress.az xəbər verir ki , Bakı Mühəndislik Universitetinin (BMU) “Qırmızı […]

Sabah hava 34 dərəcəyədək isinəcək

Aysel Əlibəyli 05 İyul 2026 · 19:44 1026 baxış İyulun 6-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, havanın temperaturu isə 34 dərəcəyədək yüksələcək. Elpress.az xəbər verir ki, İyulun 6-da Bakıda və […]