--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Cəbrayılın iki kəndinə növbəti köç həyata keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:09 1036 baxış

Şükürbəyli və Horovluya qayıdan ailələrə yeni evlərinin açarları verilib

Elpress.az xəbər verir ki, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə növbəti məcburi köçkün ailələrinin qayıdışı baş tutub.Avqustun 28-də təşkil olunan köç zamanı Şükürbəyli kəndinə 15 ailə olmaqla 86 nəfər, Horovlu kəndinə isə 3 ailə, ümumilikdə 12 nəfər yerləşdirilib. Doğma torpaqlarına qayıdan ailələr indiyədək Azərbaycanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.Köçürülən sakinlər üçün kəndlərdə inşa edilmiş yeni mənzillərin açarları təqdim olunub. Doğma yurda qayıdan ailələr yaradılan şəraitə və göstərilən dövlət qayğısına görə təşəkkürlərini ifadə ediblər.Sakinlər torpaqların işğaldan azad olunması uğrunda döyüşən Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıqlarını bildirərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.Köç mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, eləcə də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

FHN-in Muğan Regional Mərkəzi seminar keçirib

Next Article

Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda beynəlxalq məhkəmə təlimi keçirilib

Aysel Əlibəyli 29 İyul 2026 · 11:28 1044 baxış Bakıda Azərbaycan və Pakistan arasında əməkdaşlıq çərçivəsində beynəlxalq məhkəmə təlim proqramı təşkil olunub. Elpress.az xəbər verir ki, Bakıda Ədliyyə Nazirliyinin əməkdaşları, hakimlər və məhkəmə işçilərinin iştirakı […]

Onlara ümumilikdə 271 min reabilitasiya vasitəsi təqdim edilib.

Aysel Əlibəyli 19 May 2026 · 11:29 1105 baxış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar–aprel aylarında əlilliyi olan 5700 nəfəri ümumilikdə 271 min reabilitasiya vasitəsi […]