--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Bakıda metro və avtobuslarla bağlı mühüm dəyişiklik

Aysel Əlibəyli 13 Avqust 2026 · 16:41 1034 baxış

Bakıda nəqliyyatın təşkili ilə bağlı yeni dəyişikliklər ediləcək. “28 May” və “Nizami” metro stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən etibarən müvəqqəti dayandırılacaq.

Elpress.az xəbər verir ki, bu müddətdə sərnişinlərin daşınmasının təmin edilməsi məqsədilə yeni ekspres avtobus marşrutlarının fəaliyyətə başlaması nəzərdə tutulur.

Belə ki, avqustun 14-dən etibarən 6 yeni ekspres marşrut sərnişinlərin istifadəsinə veriləcək.Yeni ekspres marşrutlar aşağıdakılardır:

🔹 M1 – “Elmlər Akademiyası” və “28 May” metro stansiyaları arasında;

🔹 M2 – “İnşaatçılar”, “Nizami” və “28 May” metro stansiyaları arasında;

🔹 M3 – “20 Yanvar”, “Nizami” və “28 May” metro stansiyaları arasında;

🔹 M4 – “20 Yanvar” və “Koroğlu” metro stansiyaları arasında;

🔹 M5 – “20 Yanvar” və “Gənclik” metro stansiyaları arasında;

🔹 M6 – “Elmlər Akademiyası” və “Gənclik” metro stansiyaları arasında fəaliyyət göstərəcək.

Bununla yanaşı, sərnişin tələbatının qarşılanması üçün 20 müntəzəm marşrut üzrə avtobusların sayı artırılacaq.

Sayı artırılacaq avtobus marşrutları:2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199 və 202. Həmçinin “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan bəzi marşrutların son dayanacaq məntəqələrində də dəyişiklik edilib.

Belə ki, 32 və 49 nömrəli avtobus marşrutlarının son dayanacağı Dilara Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların son dayanacağı isə Puşkin küçəsində müəyyənləşdirilib. Həmin dayanacaqlar Səməd Vurğun bağının ətrafında təşkil olunub.

Yeni dəyişikliklərin əsas məqsədi metroda aparılacaq işlər müddətində sərnişinlərin alternativ nəqliyyat vasitələri ilə rahat və fasiləsiz daşınmasını təmin etməkdir.

Sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmaları və yeni ekspres marşrutlardan, eləcə də gücləndiriləcək müntəzəm avtobus xətlərindən istifadə etmələri tövsiyə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Next Article

Lənkəranda bir neçə ərazidə yanğın baş verib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda 70 aptekdə yoxlama aparılıb

Aysel Əlibəyli 03 Sentyabr 2026 · 16:34 1018 baxış Yoxlamalar zamanı 19 aptekdə müxtəlif nöqsanlar müəyyən edilib Elpress.az xəbər verir ki, 2026-cı ilin avqust ayında ölkə üzrə apteklərdə nəzarət tədbirləri həyata keçirilib.Ay ərzində ümumilikdə 70 […]

Avqustun 13-ü üçün hava proqnozu açıqlanıb

Aysel Əlibəyli 12 Avqust 2026 · 13:19 1040 baxış Bakıda hava əsasən yağmursuz, bölgələrdə isə yağışlı olacaq Elpress.az xəbər verir ki, Avqustun 13-də Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə qeyri-sabit keçəcəyi gözlənilir.Bakıda və Abşeron yarımadasında hava […]

Xızıda mülki müdafiə məşqi keçirilib

Aysel Əlibəyli 28 Avqust 2026 · 13:19 1026 baxış FHN əməkdaşları ərazi qüvvələrinin fövqəladə hallara hazırlığını yoxlayıb Elpress.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonunda hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin iştirakı […]