--:--:-- | 05 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanda avtobus daşımalarında yeni sistem tətbiq olunur

Aysel Əlibəyli 02 Sentyabr 2026 · 18:20 1018 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda müntəzəm sərnişin daşımalarında yeni maliyyələşmə modelinin tətbiqinə başlanılıb.

Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli qərarı ilə təsdiqlənən qaydalara əsasən, daşıyıcılara göstərdikləri xidmətin keyfiyyətinə və qət etdikləri məsafəyə uyğun subsidiya ödəniləcək.
İlkin mərhələdə 130, 205, 211, 500 və 503 nömrəli marşrutlar “brutto müqavilə” sisteminə daxil edilib. Tələblərə uyğun olaraq digər müntəzəm marşrutların da mərhələli şəkildə bu modelə qoşulması nəzərdə tutulur.
Yeni mexanizm çərçivəsində avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdiriləcək. Daşıyıcı isə sərnişin sayından asılı olmayaraq, müəyyən edilmiş tələblərə uyğun xidmət göstərdiyi halda ödəniş alacaq.
Bu yanaşmanın xüsusilə sərnişin axınının az olduğu saatlarda, o cümlədən axşam vaxtlarında avtobusların qrafik üzrə fəaliyyət göstərməsinə imkan yaradacağı bildirilir.
Yeni modelin tətbiqi ilə daşıyıcıların yalnız daha çox gəlir gətirən marşrutlara üstünlük verməsinin qarşısının alınması, şəhərətrafı və nisbətən azrentabelli xətlərdə xidmət səviyyəsinin yüksəldilməsi gözlənilir.
Bundan başqa, sistem daşıyıcıların fəaliyyətinə nəzarətin gücləndirilməsinə də şərait yaradacaq. Xidmət keyfiyyəti üzrə müəyyənləşdirilmiş tələblərə əməl edilmədiyi halda müqavilə çərçivəsində maliyyə və digər təsir mexanizmlərinin tətbiqi mümkün olacaq.
Xüsusi proqram təminatı vasitəsilə avtobus daşıyıcılarının göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi və marşrutlar üzrə xidmətin təşkilinə nəzarət həyata keçiriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADY-dən sərnişinlərə xəbərdarlıq: Bakı-Tbilisi-Bakı biletləri ilə bağlı saxtakarlıq

Next Article

Bakının bu yolunda hərəkət məhdudlaşdırılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

FHN-dən çımərliyə gedənlərə xəbərdarlıq

Aysel Əlibəyli 06 Avqust 2026 · 16:47 1032 baxış Küləkli hava şəraiti ilə əlaqədar FHN əhaliyə müraciət etdi: Çimərliklərdə dənizə girmək həyati təhlükə yaradır Elpress.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli […]

Sabah ölkədə 41 dərəcə isti olacaq

Aysel Əlibəyli 25 İyul 2026 · 14:30 1040 baxış İyulun 26-da Bakıda havanın temperaturunun 40, bəzi rayonlarda isə 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Elpress.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 26-da Bakıda və […]

Bakı Qızlar Universiteti mənfi rəy aldı

Aysel Əlibəyli 24 İyul 2026 · 16:03 1052 baxış Bakı Qızlar Universitetinin institusional akkreditasiyası “uyğun deyil” qiymətləndirilib Elpress.az xəbər verir ki, Akkreditasiya Şurasının növbəti iclasında Bakı Qızlar Universitetinin institusional akkreditasiyasının yekun nəticəsi “uyğun deyil” kimi […]

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Aysel Əlibəyli 31 İyul 2026 · 11:43 1044 baxış “Gilas” adının “Kifayət” ilə əvəzlənməsi tələbi məhkəmədə təmin edilməyib Elpress.az xəbər verir ki, Şəmkir rayonunda yaşayan qadın doğum haqqında sənədlərində adının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət […]