--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Vens Respublikaçıların seçki məğlubiyyətinin səbəbini açıqladı: İran müharibəsi

Aysel Əlibəyli 04 Noyabr 2026 · 20:47 1048 baxış

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Respublikaçılar Partiyasının seçkilərdə uğursuzluqla üzləşməsinin əsas səbəblərindən birinin İrana qarşı hərbi əməliyyatlar olduğunu bildirib.

Elpress.az xəbər verir ki, Vens bu barədə sosial şəbəkə hesabında paylaşım edərək, seçkilərin nəticələrinin Vaşinqtonun İran siyasəti ilə əlaqəli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, 2024-cü ildə Donald Trampa səs verən seçicilərin bir qismi hazırkı siyasətdən narazı qalaraq Demokratlar Partiyasına dəstək verməyə meyil göstərib.

Vens paylaşımında seçicilərin Respublikaçılara yenidən dəstək verməsi üçün dörd əsas gözləntisini də açıqlayıb. Bunlara İranla müharibənin dayandırılması, inflyasiya və gündəlik yaşayış xərclərinin azaldılmasına üstünlük verilməsi, “Öncə Amerika” siyasətinə qayıdış, eləcə də ABŞ-İsrail münasibətlərinə yenidən baxılması daxildir.

Vitse-prezident hesab edir ki, məğlubiyyətin səbəbi Respublikaçı tərəfdarların seçkiyə qatılmaması deyil. Əsas problem Donald Trampa 2024-cü ildə səs verən seçicilərin bir hissəsinin bu dəfə Demokratlara üstünlük verməsidir.

Vens yaxın aylarda partiya daxilində məğlubiyyətdən çıxış yolu kimi amnistiya təkliflərinin gündəmə gətirilə biləcəyini də istisna etməyib. Lakin onun fikrincə, bu cür təşəbbüslər seçkilərdəki uğursuzluğun əsl səbəblərini aradan qaldırmayacaq.

Qeyd edək ki, ABŞ-də 3 noyabrda keçirilən aralıq seçkilərində Demokratlar həm Nümayəndələr Palatasında, həm də Senatda üstünlük əldə ediblər. Prezident Donald Tramp da seçki nəticələrini şərh edərkən İranla müharibənin Respublikaçıların məğlubiyyətində müəyyən rol oynadığını etiraf edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Keisha Lens Bottoms ABŞ tarixində ilk qaradərili qadın qubernator oldu

Next Article

Xərçəng xəstələrinin müalicəsinə 65,9 milyon manat ayrılması nəzərdə tutulur

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Elşən 20 May 2026 · 07:38 1190 baxış ABŞ ordusunun Avropadakı döyüş briqada qruplarının sayını azaltmaq qərarı qəbul edib. Elpress.az-ın məlumatına əsasən, bu barədə Pentagon sözçüsü Sean Parnell açıqlama verib. Parnell bildirib ki, qərar ABŞ […]

Rekordlar artıq təkcə qırılmır — məhv olur 🌡️

Aysel Əlibəyli 27 May 2026 · 14:50 1174 baxış istilik dalğalarının sərtləşməsi fonunda niyə temperatur rekordları artıq sadəcə qırılmır, həm də əvvəlkindən daha kəskin şəkildə məhv olur? Elpress.az-ın məlumatına əsasən, Hazırda Qərbi Avropa demək olar […]