--:--:-- | 08 Noyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Somon Air təyyarəsi Bakıdan İrəvana uçacaq

Aysel Əlibəyli 15 Oktyabr 2026 · 21:22 1086 baxış

Tacikistanın “Somon Air” aviaşirkətinə məxsus “Boeing 737-8GJ” təyyarəsinin Bakıdan Ermənistanın paytaxtına uçuşu gözlənilir.

Elpress.az xəbər verir ki, “Flightradar24” məlumatlarına əsasən, təyyarə oktyabrın 14-də Düşənbədən Bakıya gəlib. Uçuş izləmə platformasında onun oktyabrın 15-də Bakıdan İrəvana istiqamətlənməsi göstərilib.

Tacikistan Prezidenti və bir sıra ölkələrin liderləri AQEM-in 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Bakıya səfər ediblər. Bununla belə, yayılan məlumatda sözügedən təyyarənin Tacikistan Prezidentinə xidmət etmədiyi bildirilir.

İrəvanda isə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci toplantısı — COP17 çərçivəsində liderlərin sammiti keçirilir və rəsmi nümayəndə heyətlərinin gəlişi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Laos AQEM-ə üzv qəbul edildi, Azərbaycanın sədrliyi daha iki il uzadılır

Next Article

İlham Əliyev: Bakını işğal etməklə hədələyənlərin tankları indi Hərbi Qənimətlər Parkındadır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İsveçrəyə getdi

Aysel Əlibəyli 20 İyun 2026 · 19:23 1152 baxış İran ABŞ-la keçiriləcək danışıqlarda iştirak etmək üçün yüksək səviyyəli nümayəndə heyətini İsveçrəyə göndərib. Elpress.az-ın məlumatına əsasən, İran nümayəndə heyəti ABŞ-la danışıqlar aparmaq məqsədilə İsveçrəyə yola düşüb.Heyətə […]

Hakan Fidandan Ukraynaya təhlükəsizlik zəmanəti ilə bağlı açıqlama

Aysel Əlibəyli 16 İyul 2026 · 14:04 1148 baxış Türkiyə Ukrayna üçün nəzərdə tutulan təhlükəsizlik zəmanətlərinin hərbi-dəniz komponentini koordinasiya edəcək Elpress.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukraynanın gələcək təhlükəsizlik zəmanətləri ilə […]

ABŞ və İran Dohada dolayı danışıqlar keçirəcək

Aysel Əlibəyli 01 İyul 2026 · 12:49 1148 baxış Vaşinqton və Tehran arasında yeni təmas: Qətərdə texniki müzakirələr başlayır Elpress.az-ın məlumatına əsasən, ABŞ və İran rəsmiləri arasında yeni diplomatik təmaslar keçiriləcək. Tərəflər Qətərin paytaxtı Dohada […]