--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Peskov: Moskva enerji atəşkəsi təşəbbüsünü müsbət qiymətləndirir

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:31 1038 baxış

Kreml Trampın Rusiya-Ukrayna arasında enerji obyektlərinə qarşı hücumların dayandırılması təklifini dəstəkləyib

Elpress.az xəbər verir ki, Moskva ABŞ Prezidenti Donald Trampın Rusiya ilə Ukrayna arasında enerji sahəsində atəşkəs əldə olunması ilə bağlı təşəbbüsünü müsbət qiymətləndirir.Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Trampın bu istiqamətdəki açıqlamasından xəbərdardır və Moskva uzun müddətdir münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.Peskovun sözlərinə görə, neft emalı müəssisələrinin təhlükəsiz fəaliyyətinin təmin edilməsi qlobal neft məhsulları bazarında mövcud problemlərin tam həlli üçün kifayət deyil.O qeyd edib ki, əsas məsələlərdən biri neft məhsullarının ixracına tətbiq edilən məhdudiyyətlərdir. Peskov enerji təchizatına qarşı sanksiyaların aradan qaldırılmasının dünya bazarında neft məhsullarının həcmini artıraraq qiymətlərin azalmasına şərait yarada biləcəyini bildirib.Kremlin nümayəndəsi əlavə edib ki, Rusiya daxili bazarın neft məhsulları ilə təmin olunması üçün tədbirlər görür və enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks iş aparılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Türkiyə yeni enerji layihələri üzərində işləyir

Next Article

Kreml: Kosmos tam demilitarizasiya olunmalıdır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kreml: Kosmos tam demilitarizasiya olunmalıdır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 15:34 1058 baxış Peskov Rusiyanın kosmosda silah yerləşdirilməsinə qarşı mövqeyini açıqlayıb Elpress.az xəbər verir ki, Rusiya kosmosun bütün növ silahlardan azad edilməsinin tərəfdarı olduğunu bəyan edib.Kremlin sözçüsü Dmitri Peskov […]

“Qızıl mədənində faciə: Ölənlər var”

Aysel Əlibəyli 24 May 2026 · 21:38 1169 baxış Anqolada şimal-qərb bölgəsindəki qeyri-qanuni qızıl şaxtasında baş verən torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həlak olub. Bu barədə Anqola İnformasiya Agentliyi Benqo vilayətinin yerli hakimiyyət orqanlarına […]

Benjamin Netanyahu: “İran nüvə silahına sahib olmayacaq”

Aysel Əlibəyli 08 İyun 2026 · 19:49 1116 baxış “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimə yenidən söz verirəm.” Benjamin Netanyahu İranla artan gərginlik fonunda çıxış edərək bildirib ki, İranın nüvə silahı əldə etməsinə qətiyyən […]